AMEA-da 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edilib
Martın 5-də AMEA Rəyasət Heyətində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli iştirakçıları AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin adından salamlayıb. O, bu mötəbər elm məbədində işləyən qadın əməkdaşları Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, onlara can sağlığı və elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra AMEA Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə və Azad Həmkarlar İttifaqının (AHİ) sədri, hüquq elmləri doktoru Habil Qurbanov akademiyada çalışan bütün qadınları bayram münasibətilə təbrik ediblər. AMEA-nın institut və təşkilatlarında qadınların fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıblar.
Tədbirin sonunda akademiyanın elmi və ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına Fəxri fərmanlar təqdim olunub. Qafqazşünaslıq İnstitutundan Tərcümə, nəşr və informasiya şöbəsinin müdiri Günel Musayeva təltif olunmuşdur.