İnstitutda növbəti seminar keçirilmişdir
Qafqazşünaslıq İnstitutunun növbəti elmi seminarı keçirilmişdir. Seminarı İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açmışdır. Seminarda Rusiya Federasiyasının İnquşetiya Respublikasında ümumi siyasi, sosial-iqtisadi və demoqrafik şəraiti təhlil edilmişdir. Şimali Qafqaz şöbəsinin müdiri, i.ü.f.d., dosent Liliya Mirzəzadənin “İnquşetiya Respublikası: ümumi siyasi şərait”, şöbənin kiçik elmi işçisi Şahnaz Tağıyevanın “İnquşetiya Respublikasında sosial-iqtisadi şərait” və şöbənin mütəxəssisi Badam Məmmədovanın “İnquşetiya Respublikasında demoqrafik şərait” mövzularında məruzələri dinlənilmiş və geniş müzakirə edilmişdir.