Elmi Şuranın iclası keçirilmişdir
Fevralın 28-də Qafqazşünaslıq İnstitutunun Elmi Şurasının iclası keçirilmişdir. Musa Qasımlı iclasın gündəliyi barədə şura üzvlərinə məlumat vermiş, qarşıdakı dövrdə görüləcək işlər haqqında danışmışdır. İclasın gündəliyində uyğun olaraq, 2020-ci il üçün elmi-tədqiqat işləri planının müzakirəsi aparılmışdır. “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı” haqqında AMEA Ümumi yığıncağının 28 dekabr 2019-cu il tarixli 3/5 saylı qərarı ilə Elmi Şura üzvləri tanış edilmişdir. AMEA-nın İctimai Elmlər Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında AMEA Rəyasət Heyətinin 5 fevral 2020-ci il tarixli 6/1 saylı qərarı ilə Elmi Şura üzvləri məlumatlandırılmışdır.
Sonra Gürcüstanşünaslıq şöbəsinin aparıcı elmi işçisi, tarix elmləri doktoru, Şəlalə Məmmədovanın müəllifi olduğu “Cənubi Qafqaz XIX əsrin 20-30-cu illərində (Azərbaycan məsələləri)” kitabı (Elmi redaktor və ön sözün müəllifi AMEA-nın müxbir üzvü M.C.Qasımlı, rəyçilər: t.e.d. Q.Hacıyev və s.e.d., professor R.Sevdimalıyev) çapa tövsiyə edilmişdir. Elmi Şuranın iclasında bir sıra cari məsələlər də müzakirə edilmişdir.