Ümummilli Liderin xatirəsi anıldı

Dekabrın 11-də İnstitutda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş toplantı keçirilmişdir. Toplantını institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açmışdır. Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. M.Qasımlı müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli liderin Azərbaycan tarixində oynadığı rol barədə danışıb. İnstitutun elmi işlər üzrə direktor müavini, t.ü.f.d., dosent Ramilə Dadaşova, Gürcüstanşünaslıq şöbəsinin müdiri f.ü.f.d., dos. Vahid Ömərov, Qafqaz siyasəti şöbəsinin müdiri t.ü.f.d. Elnur Kəlbizadə, Ermənişünaslıq şöbəsinin əməkdaşı Aydın Eyvazov, institutun əməkdaşı Məzahir Sadıqov çıxış edərək Heydər Əliyevin dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində  göstərdiyi səyləri vurğulamışdırlar.





Bölmələr: Xəbərlər

Rəy bildir