Musa Qasımlı “III türk-gürcü münasibətləri” adlı beynəlxalq elmi simpoziumda məruzə edib
AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı 2-3 dekabr tarixlərində Türk Tarix Qurumunun Ankarada təşkil etdiyi “III türk-gürcü münasibətləri” adlı beynəlxalq elmi simpoziumda iştirak edib. Türkiyə və Gürcüstan alimlərinin iştirak etdiyi beynəlxalq elmi simpoziumda Musa Qasımlı “Azərbaycan-Gürcüstan münasibətləri” mövzusunda məruzə edib. Azərbaycanlı alimin məruzəsi maraqla qarşılanıb.
Bölmələr: Xəbərlər / Simpoziumlar