Musa Qasımlı Qazaxıstanda beynəlxalq konfransda məruzə etdi

AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Qazaxıstan Respublikası Elm və Təhsil Nazirliyi Elm Komitəsinin Dövlət Tarixi İnstitutunun Nur-Sultan şəhərində Qazaxıstan, Azərbaycan, Özbəkistan, Rusiya, Polşa, Ukrayna, Gürcüstan və b. ölkələrdən olan alimlərin iştirakı ilə noyabrın 20-də keçirdiyi “Avrasiya tarixi irsi: tarixin hüdudları – köklərdən müasirliyə” adlı beynəlxalq elmi konfransda “Türk dünyası tarixçilərinin əməkdaşlığı: problemlər, mövcud vəziyyət və perspektivlər” mövzusunda məruzə etmiş və bir sıra kitabları hədiyyə etmişdir.


Bölmələr: Xəbərlər / Xəbər arxivi / Konfranslar

Rəy bildir