Gürcüstanşünaslıq şöbəsinin əməkdaşları Gürcüstanda beynəlxalq konqresdə çıxış etdilər
2019-cu il noyabrın 4-7-də İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində “Qafqazın mədəni-sivilizasiya kontekstində Gürcüstan” mövzusunda Qafqazşünasların V Beynəlxalq konqresi keçirilmişdir. AMEA Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov “Azərbaycan-Gürcüstan münasibətlərı: sınaqlardan keçmiş əməkdaşlıq” mövzusunda və AMEA Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin elmi işçisi Naziyə Məmmədova “Gürcüstanda fəaliyyət göstərən ictimai-siyasi təşkilatlar” mövzusunda məruzələr ilə çıxış etmişdirlər. Məruzələr alimlərin və mütəxəssislərin çoxsaylı sualları, maraqlı təklifləri ilə müşayiət olunmuşdur. Konqresdə Şimali və Cənubi Qafqaz, Polşa və Türkiyə universitetlərinin, elmi mərkəzlərinin nümayəndələri, ali məktəblərin müəllimləri, aspirantlar və magistrantlar iştirak edirdilər. Konqresdə Azərbaycandan, Rusiya Federasiyasından və s. ölkələrdən olan alimlər çıxış etdilər.
Bölmələr: Xəbərlər / Foto qalareya