Elmi Şuranın növbəti iclası keçirilmişdir

Elmi Şuranın növbəti iclası keçirilmişdir


Oktyabrın 30-da Qafqazşünaslıq İnstitutu Elmi Şurasının növbəti iclasını keçirmişdir. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı iclasın gündəliyi barədə şura üzvlərinə məlumat vermişdir. İlk olaraq institutunda 2019-cu ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabat dinlənilmişdir. Şura iclasında AMEA-nın müxbir üzvü, professor Akif Musayev iştirak edirdi. Daha sonra  2019-cu ildə elmi tədqiqat işlərinin yerinə yetirilməsi ilə bağlı Yoxlama Komissiyasının təşkil edilməsi haqqında qərar qəbul olundu.  Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru E.Kəlbizadənin 19-20 sentyabr 2019-cu ildə Türkiyədə (Ankara) – “Nəzəriyyə, metod və praktika” mövzusunda keçirilən beynəlxalq təhlükəsizlik konqresində, institutun direktoru, AMEA-nın müxbir üzvü, professor M.C.Qasımlının və Ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Q.Hacıyevin 16-18 oktyabr 2019-cu ildə Türkiyədə (İqdır) – “İyirminci yüz ilin ilk yarısında türk-erməni münasibətləri” mövzusunda beynəlxalq elmi simpoziumda iştiraklarına dair hesabatları dinlənildi.

Tərcümə, nəşr və informasiya şöbəsinin müdiri G.Musayeva “Qafqazşünaslıq” jurnalının veb saytının istifadəsi barədə Elmi Şura üzvlərinə məlumat verdi. Sonda İnstitutun Gənc Alimlər Şurasının sədri G.Feyziyeva, şura üzvlərindən Ş.Tağıyevanın müəllifi olduqları “Rusiya Federasiyasının Dağıstan Respublikası: daxili ictimai-siyasi şərait”, sədr müavini T.İsmayılova, şura üzvlərindən A.Əzimzadə, Ş.İmaməlinin müəllifi olduqları “Ermənistan: daxili sosial-iqtisadi və siyasi şərait”, şura üzvlərindən N.Məmmədova, K.Salayevin müəllifi olduqları “Gürcüstan: inzibati-ərazi quruluşu, idarəçiliyi və demoqrafiyası”, şura üzvlərindən t.ü.f.d. E.Kəlbizadə, Y.Baxşıyeva, Ə.Əzimovun müəllifi olduqları “Ermənistan İran İslam Respublikasının Qafqaz siyasətində” kitablarının qısa təqdimatını verdilər.







Bölmələr: Xəbərlər / Elmi şura

Rəy bildir