AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri “Beynəlxalq Təhlükəsizlik (Nəzəriyyə, metod və təcrübə)” konqresində iştirak edib
AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə Türkiyə Cümhuriyyəti Prezident Aparatının dəstəyi ilə Türkiyə Daxili İşlər Nazirliyinin Jandarma və Sahil Təhlükəsizliyi Akademiyasının təşkil etdiyi “Beynəlxalq Təhlükəsizlik (Nəzəriyyə, metod və təcrübə)” konqresində iştirak edib.
Türkiyə, Böyük Britaniya, Rusiya, İspaniya, Yaponiya, Malayziya, Ukrayna, İran, İraq, Şimali Kipr Türk Cümhuriyyəti və digər ölkələrdən beynəlxalq münasibətlər və təhlükəsizlik sahəsində tədqiqatlar aparan elm adamlarının iştirak etdiyi konqresdə t.ü.f.d. E.Kəlbizadə Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan general-mayoru Yücel Karauzla birlikdə “Qafqazın təhlükəsizliyi və Qafqaz İslam Ordusu” mövzusunda məruzə edib. Məruzədə tarixdə və müasir dövrdə Qafqazın təhlükəsizliyinə təhdidlər, Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyətinin təhlükəsizliyinin təmin olunmasında rolundan bəhs edilib. Azərbaycanlı alimə beynəlxalq konqresin sertifikatı və xüsusi hədiyyəsi təqdim olunub.
Bölmələr: Xəbərlər / Simpoziumlar