Elmi Şuranın növbəti iclası keçirilmişdir

Sentyabrın 18-də Qafqazşünaslıq İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilmişdir. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı iclasın gündəliyi barədə şura üzvlərinə məlumat vermişdir. İlk olaraq, “Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarında elmi işçi vəzifələrinin tutulması üçün müsabiqənin keçirilməsinin müvəqqəti qaydaları”, AMEA-nın elmi bölmələrinin elmi sessiyaları, “AMEA-nın Xəbərləri (ictimai elmlər seriyası)” jurnalının “Sosial elmlər” jurnalı adlandırılması haqqında AMEA Rəyasət Heyətinin müvafiq qərarları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin AMEA-nın elmi müəssisə və təşkilatlarında işçilərin işə götürülməsinin tənzimlənməsi haqqında AMEA Prezidentinin qərarı ilə  Elmi Şura üzvləri məlumatlandırılmışdırlar. Elmi Şurada noyabrın 28-də “Qafqazda terror” mövzusunda Respublika elmi konfransının keçirilməsi, Təşkilat və Elmi komitələrin yaradılması haqqında qərar qəbul edilmişdir. Qafqaz siyasəti şöbəsinin müdiri, t.ü.f.d. Elnur Kəlbizadəyə dosent elmi adının verilməsi üçün seçki keçirilmişdir.




Bölmələr: Xəbərlər / Elmi şura

Rəy bildir