Qafqazşünaslıq İnstitutu “Qafqazşünaslıq” elmi-nəzəri jurnalının ilk sayı üçün məqalələrin qəbuluna başlayır


Hörmətli tədqiqatçılar,
Qafqazşünaslıq İnstitutu “Qafqazşünaslıq” elm-nəzəri jurnalı üçün məqalələrin qəbuluna başlayır.Məqalələr üç dildə (Azərbaycan, rus, ingilis) qəbul olunacaq.Jurnalın bölmələri və  məqalələrin yazılma qaydası aşağıda göstərilib.

Jurnalın bölmələri:

  • Qafqaz regionunda baş verən siyasi, sosial-iqtisadi və b. proseslər;
  • Qafqazda münaqişələr;
  • Qafqazda dinlər və dinlərarası münasibətlər;
  • Qafqazda sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı əlaqəsi;
  • Qafqazda geosiyasi şərait;
  • Qafqaz ölkələrinin xarici siyasəti və qarşılıqlı münasibətləri;
  • böyük dövlətlərin və digər ölkələrin Qafqaz regionuna dair siyasəti;
  • beynəlxalq təşkilatların Qafqaz siyasəti;
  • əsərlərin rəyləşdirilməsi;
  • elmi həyat (keçirilmiş və keçirilməsi planlaşdırılan elmi konfranslar haqqında məlumatların dərci);
  • diskussiya kürsüsü.
Məqalələr Azərbaycan, rus və ingilis dillərində qəbul olunur.
Məqalələr analitik xarakter daşımalı və akademik tələblərə cavab verməlidir.
Məqalələrin aşağıdakı dəqiq strukturu olmalıdır:
  • UOT (Universal Onluq Təsnifat) indekslər və ya PACS (Picture Archiving and Communication System) tipli kodlar;
  • Məqalənin adı, (ingilis dilində əlavə olaraq mötərizədə qeydedilsin) müəllifin adı, soyadı, elmi dərəcəsi, işlədiyi qurumun adı və ünvanı, vəzifəsi, elektron poçt ünvanı və mobil telefon nömrəsi;
  • “Annotasiya” hissəsində (200 sözdən az olmamaqşərti ilə) məqalənin məzmunu haqqında azərbaycan və ingilisdillərində qısa məlumat verilməlidir
  • “Açar sözlər” (Azərbaycan (rus) və ingilis dillərində 6 söz və söz birləşməsindən az olmayaraq);
  • “Giriş”də mövzunun aktuallığı əsaslandırılmalıdır, “Mətn” (yarımbaşlıqlara bölmək şərtilə) hissəsində tədqiq edilən məsələlər bölmələr üzrə ətraflı şərh və təhlil edilməli, “Nəticə”də elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq müəllifin gəldiyi elmi qənaət, tədqiqatların nəzəri və praktiki əhəmiyyəti aydın şəkildə verilməli, elmi əsaslandırılmış tövsiyələr irəli sürülməlidir.
  • Məqalənin mövzusu ilə bağlı elmi mənbələrə zəruri istinadlar olmalıdır. Məqalənin sonunda verilən “İstifadə edilmiş ədəbiyyat siyahısı” istinad olunan ədəbiyyatların mətndə rast gəlinən ardıcıllığı ilə (məsələn, [1] və ya [1, s.120] kimi işarə olunmalı) nömrələnməlidir. Elmi ədəbiyyata mətndə başqa bir yerdə təkrar istinad olunarsa, onda istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir.
 
 Məqalələrin tərtib edilmə qaydası:
  • Əlyazmaların mətni Microsoft Office Word proqramında A4 (210 x 297mm) formatda, Times New Roman - 12 şriftində, 1 intervalda, yuxarı və aşağıdan 25mm, soldan və sağdan 20mm boş yer saxlanılmaqla yığılmalıdır;
  • Məqalənin başlığı böyük hərflərlə, yarımbaşlıqları isə yalnız ilk hərfi böyük olmaqla, qalın şriftlə və nömrə qoyularaq yazılmalıdır. Başlıq və yarımbaşlıqlardan, cədvəl və şəkillərdən əvvəl və sonra bir sətir ara boşluğu buraxılmalıdır. Səhifələr ardıcıl olaraq aşağı sağ küncdə nömrələnməlidir.
  • Cədvəl və şəkillərin adı olmalı və bu ad cədvəllər üçün cədvəlin üstündə sağ küncdə, şəkillər üçün şəklin altında sol küncdə yerləşdirilərək, ərəb rəqəmləri ilə ardıcıl nömrələndirilərək müvafiq olaraq “cədvəl” və “şəkil” sözündən sonra yazılmalıdır. Cədvəl və şəkillərin başlıqları ilk hərfləri böyük olmaqla qalın şriftlə yazılmalıdır. Cədvəlin sütunlarının adı qısa olmalı, ölçü vahidləri mötərizədə göstərilməlidir. Şəkillər elektron formatda “jpg”, “tif” fayl tipində, CMYK-rəng rejimində, 300 dpi-dən az olmayan ölçüdə, qrafik illüstrasiyalar Word, Excel, Adobe Illustrator, Photoshop, CorelDRAW və PowerPoint proqramlarından birində təqdim edilməlidir.
Məqalələrin həcmi:
Məqalələrin həcmi 8-10 səhifə olmalıdır.
“İstifadə edilmiş ədəbiyyat siyahısı”nın tərtib edilmə qaydası: 
Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat tam, dəqiq və orjinalın dilində olmalıdır. İstinad olunan mənbənin biblioqrafik təsviri onun növündən (monoqrafiya, dərslik, elmi məqalə və s.) asılı olaraq verilməlidir. Elmi məqalələrə, simpozium, konfrans və digər nüfuzlu elmi tədbirlərin materiallarına və ya tezislərinə istinad edərkən məqalənin, məruzənin və ya tezisin adı göstərilməlidir. İstinad olunan mənbənin biblioqrafik təsviri verilərkən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Dissertasiyaların tərtibi qaydaları” barədə qüvvədə olan təlimatının “İstifadə edilmiş ədəbiyyat” bölməsinin 10.2-10.4.6 tələbləri əsas götürülməlidir.
Mətndə istinad olunan bütün mənbələr, səhifə nömrələri ilə birlikdə “İstifadə edilmiş ədəbiyyat” siyahısında aşağıdakı nümunələrdə göstərilən qaydada verilməlidir:
a) Kitablar:
Adilov M.İ., Həsənov İ.C. Qloballaşma və milli mənəvi dəyərlər. Bakı: “Elm”, 2012, -476 s.
b) Jurnallar:
Şixəliyev E.İ. Ermənilərin din strategiyasının əsas istiqamətləri. // “Strateji təhlil” jurnalı, №7(35), Bakı: “Elm”, 2013, s. 32-45.
c) Toplularda məqaləyə istinad (konfrans, simpozium və digər):
“Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatması: təhlil və nəticələr. Milli inkişaf modelinin formalaşması problemləri”. / Respublika elmi-praktiki konfransının materialları. Bakı: “Şərq-Qərb”, 2010, s. 314-316.
ç) Dissertasiyalar və avtoreferatlar:
Məmmədov H.B. Azərbaycan Respublikası müasir beynəlxalq siyasi proseslərin aktoru kimi. Elmlər doktoru dissertasiyasının avtoreferatı, Bakı: “Elm”, 2013, -44s.
d) Arxiv sənədləri:
Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin notası. 05.04.1920/Azərbaycan Respublikası Dövlət Arxivi (bundan sonra ARDA), fond 870, siyahı 1, iş 144, vərəq 15.
e) İnternet səhifələri (internet səhifələrinə istinadlar mütləq gün, ay, il olmaqla, istifadə olunduğu tarix göstərilmək şərti ilə tam ünvan şəklində olmalıdır):
http://www.stat.gov.az/#  (15.11.2013) / 2013-cü ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri.
Məqalənin redaksiyaya təqdim edilmə qaydası:
 
Məqalələr çap və elektron variantlarda tədqiqatın aparıldığı müəssisənin elmi şurasının müvafiq iclas protokolundan çıxarış və 2 rəy ilə birgə müəllif(lər)in özü tərəfindən redaksiyaya (Akademiya şəhərciyi,H. Cavid pr.117,4-cü mərtəbə, otaq 448) təqdim edilməlidir. Əlyazma mütləq müəllif(lər) tərəfindən imzalanmalı və redaksiyaya təqdimedilmə tarixi göstərilməlidir;
Məqalələri həmçinin jurnalın elektron poçtuna da (caucasusstudiesjournal@mail.ru)göndərmək olar.
Əlaqə nömrəsi: (012) 539 89 91
 
Bölmələr: Xəbərlər / E-jurnal

Rəy bildir