İnstitut əməkdaşlarının uğurları


Qısa müddətdə yaradılmasına baxmayaraq, AMEA Qafqazşünaslıq İnstitutunun bir neçə əməkdaşı xarici ölkə universitetlərində magistratura və doktoranturaya qəbul olublar. Bu yaxınlarda institutun əməkdaşı, Qafqaz siyasəti şöbəsinin baş mütəxəssisi Əliyar Əzimov Budapeştin Cornivus Universitetinin doktoranturasına,beynəlxalq münasibətlər ixtisası üzrə qəbul olunub. Bu münasibətlə institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı və kollektiv onu təbrik edib, xoş sözlər söyləyib.

Qeyd edək ki, bu, Qafqazşünaslıq İnstitutunun xarici dövlətlərə təhsil almağa yollanan üçüncü əməkdaşıdır. Buna qədər institut əməkdaşlarından İlahə Hüseynova Estoniyanın Tartu Universitetinin, Nəsibə Mirzəyeva Türkiyənin Kayseridə yerləşən Erciyes Universitetinin magistraturasına qəbul olmuşlar. 


Bölmələr: Xəbərlər

Rəy bildir