Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə dəyirmi masa
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə iyulun 11-də Qafqazşünaslıq İnstitutunda dəyirmi masa keçirilmişdir. Giriş sözü ilə çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycanı Sovet İttifaqının inkişaf etmiş respublikalarından birinə çevirdiyini, sənədli mənbələr və materiallar əsasında şərh etmişdir. Sonra elmi işlər üzrə direktor müavini t.ü.f.d., dosent Ramilə Dadaşova, Gürcüstanşünaslıq şöbəsinin müdiri f.ü.f.d., dosent Vahid Ömərov, Qafqaz siyasəti şöbəsinin müdiri t.ü.f.d. Elnur Kəlbizadə, Şimali Qafqaz şöbəsinin müdiri i.e.ü.f.d. Liliya Mirzəzadə və Tərcümə, nəşr və informasiya şöbəsinin müdiri Günel Musayeva Heydər Əliyevin hakimiyyətdə olduğu hər iki dövrdə Azərbaycan dövlətçiliyinə böyük xidmətlərindən bəhs etmişlər.
Bölmələr: Xəbərlər / Dəyirmi masalar