İnstitutda növbəti görüş

İyulun 10-da Qafqazşünaslıq İnstitutunda İordaniya Haşimilər Krallığı parlamentinin deputatı, doktor Mustafa Əl-Xasavneyin rəhbərlik etdiyi heyətlə görüş olmuşdur. Görüşdə İnstitutun direktoru, millət vəkili, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı rəhbərlik etdiyi institutun fəaliyyəti haqqında məlumat vermiş, İordaniya-Azərbaycan münasibətlərindən və elmi əlaqələrinin genişləndirilməsindən bəhs etmişdir.Qonaqlar Azərbaycan ilə elmi əlaqələrin genişlənməsində maraqlı olduqlarını bildirmişlər. Sonra onlar AMEA Mərkəzi Elmi Kitabxanası ilə tanış olmuşlar.
Bölmələr: Xəbərlər