İnstitut Elmi Şurasının növbəti iclası keçirilmişdir.
İyunun 25-də Qafqazşünaslıq İnstitutunun Elmi Şurasının iclası keçirilmişdir. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı iclasın gündəliyi barədə şura üzvlərinə məlumat vermişdir. İnstitutun 2019-ci ilin I yarısı üçün elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı müzakirə olunmuş, Qafqaz siyasəti şöbəsinin elmi tədqiqat işlərində bəzi dəqiqləşmələr aparılmışdır. Elmi Şura üzvləri akademik Məmmədağa Şirəliyev adına mükafatın Əsasnaməsi haqqında AMEA Rəyasət Heyətinin 31 may 2019-cu il tarixli 10/13 saylı, Abbasqulu Ağa Bakıxanov adına mükafatın Əsasnaməsi haqqında AMEA Rəyasət Heyətinin 31 may 2019-cu il tarixli 10/14 saylı, AMEA-nın Xatirə nişanının Əsasnaməsi haqqında AMEA Rəyasət Heyətinin 31 may 2019-cu il tarixli 10/5 saylı və Elmi istiqamətlər üzrə elmi şuraların yaradılması haqqında AMEA Rəyasət Heyəti ilə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının 31 may 2019-cu il tarixli 10/2 saylı qərarları ilə tanış edilmişlər.
Elmi Şurada İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının 11-14 iyun 2019-cu ildə Türkiyədə (Samsun) “19 may və milli mübarizənin 100 illiyi” mövzusunda beynəlxalq elmi simpoziumda iştirakına dair hesabatı dinlənilmişdir.

Bölmələr: Xəbərlər / Elmi şura