Qafqazşünaslıq İnstitutunun şöbə müdiri VI Beynəlxalq Türk dünyası araşdırmaları simpoziumunda məruzə edib
13-15 iyun 2019-cu il tarixlərində Türkiyə Cümhuriyyətinin Niğdə Halis Özdəmir Universiteti, Qazaxıstanın Qazax Qızlar Pedaqoji Milli Universiteti, M. Akmulla adına Başqırdıstan Dövlət Pedaqoji Universiteti və Azərbaycanın Bakı Avrasiya Universitetinin birgə təşkilatçılığı ilə VI Beynəlxalq Türk dünyası araşdırmaları simpoziumu keçirilib.
AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə beynəlxalq simpoziumda “Qafqazda geosiyasi təlatümlər dövründə Ermənistan-İran münasibətləri (2008-2018-ci illər)” mövzusunda məruzə edib.
Qeyd edək ki, simpoziumda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Rusiya Federasiyasının türkdilli muxtar respublikalarından olan 200-ə yaxın alim və tədqiqatçı iştirak edib.

Bölmələr: Xəbərlər