Elmi Şuranın iclası keçirilmişdir.

Mayın 29-da Qafqazşünaslıq İnstitutunun Elmi Şurasının iclası keçirilmişdir. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı iclasın gündəliyi barədə şura üzvlərinə məlumat vermiş, qarşıdakı dövrdə görüləcək işlər haqqında danışmışdır.
İclasın gündəliyinə uyğun olaraq, Qafqazşünasların II Beynəlxalq Forumunun yekunları haqqında müzakirələr aparılmışdır. Ermənişünaslıq şöbəsinin müdiri, t.ü.e.d. Q.Hacıyev, şöbənin əməkdaşları A.Eyvazov, T.İsmayılova, A.Əzimzadə, Ş.İmaməli müəllifi olduqları “Ermənistan: daxili siyasi və ictimai-iqtisadi şərait” kitabı (Elmi redaktor və ön sözün müəllifi AMEA-nın müxbir üzvü M.C.Qasımlı, rəyçilər: f.ü.f.d., dosent V.Ömərov və t.ü.f.d., dosent R.Dadaşova, t.ü.f.d. E.Kəlbizadə) , Gürcüstanşünaslıq şöbəsinin müdiri, f.ü.f.d., dosent V.Ömərov, t.ü.f.d. E.Kəlbizadə, S.Həbibbəyli, şöbənin əməkdaşları N.Məmmədova, K.Salayevin müəllifi olduqları “Gürcüstan: inzibati-ərazi quruluşu, idarəçiliyi və demoqrafiyası” kitabı (Elmi redaktor və ön sözün müəllifi AMEA-nın müxbir üzvü M.C.Qasımlı, rəyçilər: s.e.ü.e.d., professor R.Sevdimalıyev, t.ü.e.d. Q.Hacıyev və p.ü.f.d., dosent S.Hüseynova), Qafqaz siyasəti şöbəsinin müdiri, t.ü.f.d. E.Kəlbizadə, şöbənin əməkdaşları Y.Baxşıyeva və Ə.Əzimovun müəllifi olduqları “Ermənistan İran İslam Respublikasının Qafqaz siyasətində” kitabı (Elmi redaktor və ön sözün müəllifi AMEA-nın müxbir üzvü M.C.Qasımlı, rəyçilər: t.ü.e.d., professor İ.Hüseynova, t.ü.e.d. Q.Hacıyev və t.ü.f.d., dosent R.Dadaşova) çapa tövsiyə edilmişdir.
Sonra Qafqaz siyasəti şöbəsinin müdiri, t.ü.f.d. Elnur Kəlbizadənin Türkiyə Cümhuriyyətinin Bandırma Onyeddi Sentyabr Universitetində keçirilən XI Türk Dəniz Ticarəti Beynəlxalq Simpoziumunda iştirakına dair hesabatı dinlənilmişdir, 
Tərcümə, nəşr və informasiya şöbəsinin müdiri Günel Musayevanın “Azərbaycan Respublikasının neft müqavilələrində BP şirkətinin yeri və rolu” (Место и роль компании ВР в нефтяных контрактах Азербайджанской Республики), Şimali Qafqaz şöbəsinin elmi işçisi Günay Feyziyevanın “Avropanın enerji siyasətində Azərbaycan Respublikasının yeri” məqalələri (rəyçi: AMEA-nın müxbir üzvü, professor M.C.Qasımlı) çapa tövsiyə edilmişdirlər.
 Qafqaz siyasəti şöbəsinin əməkdaşı Əliyar Əzimov tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının elmi bazalarında bibliometrik göstəricilərin təhlili və bu bazalardan istifadə etmə imkanları haqqında Elmi Şura üzvlərini məlumatlandırmışdır. Elmi Şuranın iclasında bir sıra cari məsələlər də müzakirə edilmişdir.


Bölmələr: Xəbərlər / Elmi şura

Rəy bildir