Aprelin 24-də Qafqazşünaslıq İnstitutunun Elmi Şurasının iclası keçirilmişdir
Aprelin 24-də Qafqazşünaslıq İnstitutunun Elmi Şurasının iclası keçirilmişdir. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı iclasın gündəliyi barədə şura üzvlərinə məlumat vermiş, qarşıdakı dövrdə görüləcək işlər haqqında danışmışdır. İclasın gündəliyinə uyğun olaraq, Qafqazşünasların II Beynəlxalq Forumuna təqdim edilmiş məruzələrin dəyərləndirilməsi haqqında Elmi Komitənin məlumatı dinlənilmiş, Elmi Şuranın üzvləri fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə AMEA-nın dissertanturasına qəbulun nəticələri haqqında AMEA Rəyasət Heyətinin 03 aprel 2019-cu il tarixli 8/4 saylı, “AMEA-nın professoru” elmi adını almaq üçün növbəti müsabiqənin keçirilməsi haqqında AMEA Rəyasət Heyətinin 03 aprel 2019-cu il tarixli 8/7 saylı qərarları ilə tanış edilmiş, Qafqaz siyasəti şöbəsinin müdiri, t.ü.f.d. Elnur Kəlbizadənin elmlər doktoru hazırlığı üzrə və Gürcüstanşünaslıq şöbəsinin elmi işçisi Naziyə Məmmədovanın fəlsəfə doktoru hazırlığı üzrə fərdi iş planları təsdiq olunmuşdur. Elmi Şuranın iclasında bir sıra cari məsələlər də müzakirə edilmişdir.
Bölmələr: Xəbərlər / Elmi şura