Qafqazşünaslıq İnstitutunun əməkdaşları 31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar müxtəlif təşkilatlarda məruzələr ediblər


AMEA Qafqazşünaslıq İnstitutunun alimləri 31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar ölkəmizin müxtəlif təşkilatlarında keçirilən konfranslarda və toplantılarda elmi məruzələrlə çıxış ediblər.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Bakı Dövlət Universitetində  31 mart - azərbaycanlıların soyqırımı gününə həsr edilmiş toplantıda məruzə edib. Məruzəsində 1918-ci ilin mart-aprel aylarında ermənilərin törətdikləri qanlı hadisələrin səbəblərindən, o cümlədən beynəlxalq səbəblərindən bəhs edən M.Qasımlı XX əsrdə bolşevik-daşnak cinayətkarlarının planlı şəkildə azərbaycanlılara qarşı soyqırımı həyata keçirdiklərini söyləyib.

İnstitutun Ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Qasım Hacıyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsində keçirilən toplantıda məruzə edib.

İnstitutun “Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə Azərbaycan Dillər Universitetində Filologiya və jurnalistika fakültəsinin təşkilatçılığı ilə  keçirilən “31 Mart soyqırımını unutmadıq, unutmarıq, unutdurmarıq!” mövzusunda dəyirmi masada məruzə edib. O, bu qanlı hadisələrə qədər erməni terror-siyasi təşkilatlarının azərbaycanlılara qarşı cinayətkar əməlləri, Bakı ilə yanaşı Azərbaycanın İrəvan, Naxçıvan, Zəngəzur, Lənkəran, Quba, Şamaxı bölgələrində törədilən qırğınların gedişatı haqqında məlumat verib.


   
Bölmələr: Xəbərlər / Dəyirmi masalar

Rəy bildir