Elmi Şuranın növbəti iclası

 

18 mart tarixində Qafqazşünaslıqİnstitutunda Elmi Şuranın növbəti iclası keçirilmişdir. İclası İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açmışdır. İclasda AMEA-nın İctimai Elmlər Bölməsinin 2018-ci ildə elmi və elmi-təşkilati fəaliyyəti haqqında AMEA Rəyasət Heyətinin 08 fevral 2019-cu il tarixli 6/1 saylı qərarı, doktorantura və magistatura pilləsi üzrə təqaüdlərin artırılması haqqında AMEA prezidentinin 28 fevral 2019-cu il tarixli 105 saylı sərəncamı, AMEA Rəyasət Heyətinin 29 iyun 2018-ci il tarixli 11/4 nömrəli qərarına dəyişiklik edilməsi haqqında AMEA Rəyasət Heyətinin 06 mart 2019-cu il tarixli 7/2 saylı qərarı barədə Elmi Şura üzvlərinə məlumat verilmişdir.

         İnstitutun direktor müavini, t.ü.f.d., dosent Ramilə Dadaşovanın “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi, siyasi və hüquqi aspektlərinin təhlili” monoqrafiyası (Elmi redaktor: AMEA-nın müxbir üzvü, professor M.C.Qasımlı, rəyçilər: s.e.ü.e.d., professor Ramiz Sevdimalıyev, t.ü.f.d. Qasım Hacıyev, h.e.ü.e.d. Ali Asker) çapa tövsiyə edilmişdir. Sonda cari məsələlər müzakirə olunmuşdur.


Bölmələr: Xəbərlər / Elmi şura

Rəy bildir