AMEA Qafqazşünaslıq İnstitutunun əməkdaşı gənc alimlər arasında keçirilmiş müsabiqənin qalibi olub

AMEA Qafqazşünaslıq İnstitutunun əməkdaşı gənc alimlər arasında keçirilmiş müsabiqənin qalibi olub

 

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə gənc alimlər üçün AMEA-nın Rəyasət Heyəti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən elan edilmiş müsabiqədə iştirak etmək məqsədi ilə AMEA strukturuna daxil olan bölmə, mərkəz və institutlarda çalışan 46 gənc alim sənədlərini AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə təqdim edib.

AMEA prezidentinin 5 aprel 2018-ci il tarixli sərəncamı ilə yaradılmış Ekspert komissiyası tərəfindən gənc alimlərin indiyə qədər əldə etdikləri elmi nailiyyətlər, apardıqları tədqiqatlar və nəşr olunmuş elmi əsərləri əsasında qiymətləndirmə aparılıb. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadənin 7 may 2018-ci il tarixli sərəncamı ilə müsabiqənin qaliblərinin adı açıqlanıb. Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə I yerə layiq görülüb. Qeyd edək ki, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadənin 1-i xaricdə (Almaniyada) olmaqla 3 monoqrafiya və kitabı, 12-si xaricdə (Almaniya, Türkiyə, Rusiya, Qazaxıstan, Molodova) olmaqla 39 elmi məqaləsi, 500-dən artıq elmi-publisistik və siyasi məqaləsi nəşr edilib. Açıq dünya ensiklopediyası olan Vikipediyanın ingili və rusdilli səhifələrində Azərbaycan tarixi ilə bağlı erməni iddialarını əks etdirən məqalələrin redaktəsini həyata keçirmiş, Azərbaycandilli Vikipedia ensiklopediyasında redaktələrlə yanaşı Azərbaycan tarixinə dair 140-a yaxın yeni məqalə yaratmışdır.

Bölmələr: Xəbərlər

Rəy bildir