“Müasir dövrdə hüquqi şüurun formalaşması: sosial-psixoloji təhlil” adlı kitab işıq üzü görüb
“Müasir dövrdə hüquqi şüurun formalaşması: sosial-psixoloji təhlil” adlı kitab işıq üzü görüb
AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi katibi, psixologiya üzrə fəlsəfə doktoru Südabə Hüseynovanın “Müasir dövrdə hüquqi şüurun formalaşması: sosial-psixoloji təhlil” kitabı işıq üzü görüb.
Nəşrin elmi redaktoru fəlsəfə üzrə elmlər doktoru, professor Rəfiqə Əzimova, rəyçiləri hüquq üzrə elmlər doktoru, professor Mirağa Cəfərquliyev, psixologiya üzrə fəlsəfə doktorları Yamən Vəliyeva və Aydan Səməndərovadır.
Fəlsəfə İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan monoqrafiya şəxsiyyətin hüquqi şüurunun formalaşması probleminin nəzəri əsaslarına, müasir dövrdə Azərbaycanda şəxsiyyətin hüquqi şüurunun formalaşması xüsusiyyətlərinə həsr olunub. Nəşrdə şəxsiyyətin hüquqi şüurunun mahiyyət və məzmunu, onun formalaşmasına təsir edən sosial-psixoloji amillər təhlil edilir, hüquqi maarifləndirmənin əhəmiyyəti vurğulanır. Həmçinin müxtəlif yaş mərhələlərində hüquqi şüurun öyrənilməsi ilə bağlı müəllif tərəfindən keçirilmiş tədqiqatın nəticələri oxuculara təqdim edilir.
Monoqrafiya ali və orta təhsil müəssisələrində, islah-əmək müəssisələrində çalışan işçilər, sosial psixologiya, hüquq psixologiyası ilə məşğul olan mütəxəssislər üçün dəyərli vəsaitdir.