“Şimali Qafqaz xalqlarının sosial-iqtisadi və siyasi inkişafı (XIX əsr-XX əsrin əvvəlləri)” adlı elmi konfrans
Qafqazşünaslıq İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Çeçenistan Respublikasında (Qroznı) Rusiya Elmlər Akademiyasının X.İ.İbrahimov adına Kompleks Elmi-Tədqiqat İnstitutunun dekabrın 18-21-də keçirdiyi “Şimali Qafqaz xalqlarının sosial-iqtisadi və siyasi inkişafı (XIX əsr-XX əsrin əvvəlləri)” adlı elmi konfransda “Rusiyada Oktyabr çevrilişindən sonra Cənubi Qafqazda etnosiyasi şərait” mövzusunda məruzə edib. İnstituta kitablar hədiyyə edib və əməkdaşlıq məsələlərini müzakirə edib.




Bölmələr: Xəbərlər