Azərbaycan alimi beynəlxalq forumda məruzə edib

Azərbaycan alimi beynəlxalq forumda məruzə edib


         Son zamanlarda Rusiya Federasiyasında Qafqaz problemlərinin araşdırılmasına daha çox diqqət verilir. Bu baxımdan  Rusiya Cənub Federal Universiteti, Rusiya Elmlər Akademiyasının Cənub Elmi Mərkəzi, Çeçen Respublikası Elmlər Akademiyası, “Qafqaz-yeni üfüqlər” Fondu və “Ölkə” Regional Tədqiqatlar Fondunun təşkilatçılığı ilə Rostov-Don şəhərində qafqazşünas tarixçilərin IV beynəlxalq forumunun keçirilməsi və dinlənilən məruzələr maraqlı olub. Forumun plenar iclasında millət vəkili, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı “XIX ə srdə Qafqazda köçürmə siyasəti və nəticələri (Rusiya arxiv materialları əsasında)” mövzusunda məruzə ilə çıxış edib. Rusiya arxivlərinin ən mötəbər mənbələri əsasında hazırlanan məruzə rusiyalı alimlər tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib. Azərbaycan alimi eyni zamanda bölmə iclaslarından birinə sədrlik edib.

         Azərbaycan və Rusiya qafqazşünasları arasında elmi əlaqələri davam etdirməyə dair ümumi fikir ifadə olunub.

Bölmələr: Xəbərlər / Simpoziumlar

Rəy bildir