Elmi Şuranın iclası keçirilib

AMEA Qafqazşünaslıq İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İnstitutun direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı iclasın gündəliyi barədə şura üzvlərinə məlumat verib.

“Cənubi Qafqaz tədqiqatları: mövcud vəziyyət, problemlər və perspektivlər” və Cənubi Qafqazda dövlətlərarası münasibətlərdə şəxsiyyət amili: tarix və müasirlik” adlı respublika elmi konfranslarının materialları çapa tövsiyə edilib.

İclasın sonunda bir sıra cari məsələlər müzakirə olunub.



Bölmələr: Elmi şura / Xəbərlər

Rəy bildir