Elmi Şuranın növbəti iclası keçirilib

AMEA Qafqazşünaslıq İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İnstitutun direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı iclasın gündəliyi barədə şura üzvlərinə məlumat verib.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının 9-10 may 2024-cü il tarixində Türkiyədə (Ankarada) Türk Tarix Qurumunun təşkil etdiyi V Beynəlxalq türk-gürcü əlaqələri simpoziumunda iştirakına dair hesabatı dinlənilib.

Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadənin 8-9 may 2024-cü il tarixində Türkiyədə (Ankarada) Türkiyə Cümhuriyyətinin Daxili İşlər Nazirliyinin Jandarma və Sahil Təhlükəsizliyi Akademiyasının təşkil etdiyi “1923-cü ildən 2023-cü ilə qədər Türkiyə əsrində təhlükəsizlik perspektivləri” mövzusunda Beynəlxalq Təhlükəsizlik simpoziumunda iştirakına dair hesabatı dinlənilib.  

İclasda bir sıra cari məsələlərdə müzakirə olunub.


Bölmələr: Elmi şura

Rəy bildir