Elmi Şuranın iclası keçirilib

AMEA Qafqazşünaslıq İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İnstitutun direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı iclasın gündəliyi barədə şura üzvlərinə məlumat verib.

2024-cü il üzrə AMEA-da doktorantura və dissertanturaya qəbul haqqında AMEA Rəyasət Heyətinin 3 aprel 2024-cü il tarixli 12/12 saylı qərarı ilə Elmi Şura üzvləri məlumatlandırılıb.

AMEA-nın Qafqazşünaslıq İnstitutun Qafqaz tarixi (qədim dörlərdən XX əsrədək) şöbəsinin bazasında Qafqaz tarixi şöbəsinin, Qafqaz tarixi (XX-XXI əsrlər) şöbəsinin bazasında Qafqaz ölkələrinin beynəlxalq əlaqələri şöbəsinin yaradılması haqqında AMEA Rəyasət Heyətinin 23 aprel 2024-cü il tarixli 13/10 saylı qərarı ilə Elmi Şura üzvləri məlumatlandırılıb.

8 ölkə alimlərinin iştirakı ilə institutun keçirdiyi “İslam mədəniyyətini zənginləşdirən şəhər: Şuşa” mövzusunda beynəlxalq elmi konfransın yekunları haqqında hesabat dinlənilib.

Cari ilin oktyabrında keçirləcək “Cənubi Qafqaz tədqiqatları: mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda və cari ilin noyabrında Cənubi Qafqazda dövlətlərarası münasibətlərdə şəxsiyyət amili: tarix və müasirlik” mövzusunda respublika elmi konfranslarının Elmi və Təşkilat Komitəsi yaradılıb.

İclasın sonunda bir sıra cari məsələlər müzakirə olunub.


Bölmələr: Elmi şura

Rəy bildir