Elmi Şuranın növbəti iclası keçirilib

Martın 28-də Qafqazşünaslıq İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. AMEA əməkdaşlarına impakt faktorlu jurnallarda nəşr olunan məqalələrə görə mükafatların verilməsi haqqında AMEA Rəyasət Heyətinin 22 fevral 2024-cü il tarixli 10/8 saylı qərarı ilə Elmi Şura üzvləri məlumatlandırılıb. 25 aprel 2024-cü ildə keçiriləcək “İslam mədəniyyətini zənginləşdirən şəhər: Şuşa” mövzusunda beynəlxalq elmi konfransın materialları çapa tövsiyə edilib. İclasda cari məsələlərə də baxılıb.


Bölmələr: Elmi şura / Xəbərlər

Rəy bildir