Elmi Şuranın iclası keçirilib

Yanvarın 19-da Qafqazşünaslıq institutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. İclasda Azərbaycan Respublikası Prezidentinin “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” 21 noyabr 2023-cü il tarixli 4176 nömrəli Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planı”nın təsdiq edilməsi haqqında AMEA Rəyasət Heyətinin 29 dekabr 2023-cü il tarixli 23/1 saylı qərarı ilə Elmi Şura üzvləri məlumatlandırılıb.

         Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” 25 dekabr 2023-cü il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında AMEA Rəyasət Heyətinin 9 yanvar 2024-cü il tarixli 1/1 saylı qərarı, Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında AMEA Rəyasət Heyətinin 9 yanvar 2024-cü il tarixli 1/2 saylı qərarı və Azərbaycan Respublikası Prezidentinin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında AMEA Rəyasət Heyətinin 9 yanvar 2024-cü il tarixli 1/3 saylı qərarı ilə Elmi Şura üzvləri tanış edilib.

“İslam mədəniyyətini zənginləşdirən şəhər: Şuşa” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransın Elmi və Təşkilat Komitəsi yaradılıb.

Sonra iclasda cari məsələlərə də baxılıb.


Bölmələr: Elmi şura / Xəbərlər

Rəy bildir