Qafqazşünaslıq İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
İyunun 23-də AMEA Qafqazşünaslıq İnstitutu Elmi şurasının video formatında növbəti iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. İclasda institutun 2021-ci ilin I yarısı üçün elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib və müzakirə edilib. Ötən illə müqayisədə əməkdaşların xarici ölkələrdə, o cümlədən impakt fartorlu jurnallarda çap edilən məqalələrinin sayı artıb.
Şurada institutda hazırlanan əsərlər və "Qafqazşünaslıq" elmi-nəzəri jurnalının növbəti sayı çapa tövsiyə olunub. Jurnalda Azərbaycanla yanaşı Rusiya, Ukrayna, Gürcüstan və İran alimlərinin məqalələri də yer alıb.
İclasda həmçinin bir sıra cari məsələlərə baxılıb.