AMEA Qafqazşünaslıq İnstitutu Elmi Şurasının iclası keçiriləcək

 

22 fevral 2019-cu il tarixində saat 12.00-da AMEA Qafqazşünaslıq İnstitutu Elmi Şurasının iclası keçiriləcəkdir.


İclasın gündəliyi:

 

  • “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövət Proqramı”nın icrası haqqında AMEA Rəyasət Heyətinin 31 yanvar 2019-cu il tarixli 57 saylı sərəncamı ilə Elmi Şura üzvlərinin tanış edilməsi.
  • Beynəlxalq əlaqələrlə bağlı bir sıra məsələlərin İnstitutun Beynəlxalq əlaqələr üzrə məsul şəxsi Günay Feyziyeva tərəfindən Elmi Şura üzvlərini məlumatlandırması.
  • Tərcümə, nəşr və informasiya şöbəsinin müdiri Günel Musayevanın “Azərbaycan Respublikası-Böyük Britaniya münasibətləri: əməkdaşlığın vəziyyəti və perspektivləri” (Азербайджано-британские отношения: состояние и перспективы сотрудничества) məqaləsinin (rəyçi: AMEA-nın müxbir üzvü, professor M.C.Qasımlı) çapa tövsiyə edilməsi haqqında.
  • İnstitutun Şimali Qafqaz siyasəti şöbəsinin elmi işçisi Günay Feyziyevanın “Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının enerji sahəsində beynəlxalq əməkdaşlığına təsiri” məqaləsinin (rəyçi: AMEA-nın müxbir üzvü, professor M.C.Qasımlı) çapa tövsiyə edilməsi haqqında.
  • Cari məsələlər.
Bölmələr: Elmi şura / Elanlar

Rəy bildir