Aparıcı elmi işçi


 Liliya Fridun qızı  Mirzəzadə Bakı şəhərində anadan olmuşdur.         

Təhsili:

  • 1970-ci ildə Bakı şəhəri Nəsimi rayonunda 54 nömrəli orta məktəbi bitirmişdir
  • 1971-1976-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi olub (Diplom A-1 № 014130)
  • 1976-1978-ci illərdə Ümumittifaq Azərbaycan İxtiraçılar və İnnovatorlar Məktəbində təhsil almışdır. Namizədlik dissertasiyasını müdafiə edərək VOIR-da patent mütəxəssisi ixtisasını almışdır (Diplom № 27426)
  • 1993-cü ilin yanvarında Moskvada yeni iqtisadi şəraitdə məhsuldarlığın artımı ilə əmək haqqı arasında korrelyasiya mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. (Diplom KD № 076472 16 aprel 1993-cü il.)
  • 26 sentyabr 2006-cı ildə Ali Azərbaycan Attestasiya Komissiyasının əmri ilə dosent elmi adı verilmişdir (protokol № 25-k). 

İş təcrübəsi:

  • 1971-1974-cü illərdə Azərbaycan Dövlət Layihə İnstitutunda korrektor vəzifəsində işləyib.
  • 1975-1978-ci illərdə Bakı Aqreqat-İstehsalat Konstruktor Birliyində iqtisadçı vəzifəsində işləyib.
  • 1978-1984-cü illərdə “Elektrosentrolit” zavodunda Əməyin Elmi Təşkili üzrə mühəndis vəzifəsində çalışıb.
  • 1984-1993-cü illərdə Azərbaycan Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda və Kənd Təsərrüfatı İnstitutunun təşkilatında elmi işçi vəzifəsində çalışıb.
  • 1993-1994-cü illərdə Dövlət Statistika Komitəsində aparıcı iqtisadçı vəzifəsində çalışıb.
  • 1994-cü ilin sonundan Azərbaycan Milli Elmlər Akademiyasının Sosial-Siyasi Araşdırmalar və İnformasiya İnstitutunda, sonra Fəlsəfə İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb.
  • 2017-ci ildə AMEA Qafqazşünaslıq İnstitutunda Gürcüstanşünaslıq şöbəsinin aparıcı elmi işçi vəzifəsində çalışıb.
  • 2017-2022-ci illərdə AMEA Qafqazşünaslıq İnstitutunda Şimali Qafqaz şöbəsinin müdiri vəzifəsində işləyib. 
  • 6 fevral 2023-cü ildən AMEA Qafqazşünaslıq İnstitutunda Gürcüstanşünaslıq şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışıb.
  • Hal-hazırda AMEA Qafqazşünaslıq İnstitutunun Şimali Qafqaz şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır.

Elmi-pedaqoji  fəaliyyəti:

  • Milli Elmlər Akademiyasının Ali Ekologiya Məktəbində, Təfəkkür Universitetində, Beynəlxalq Universitetində, Naxçıvan Universitetində, Dillər Universitetində və 15 ildən artıq Bakı Dövlət Universitetinin Politologiya və Sosiologiya  fakültəsində  dərs deyib.

Elmi fəaliyyəti:

  • Hazırda Mirzəzadə L.F. doktorluq dissertasiyasını müdafiə etmək mərhələsindədir (şifrə: 5908.01 – “Siyasət nəzəriyyəsi”), 100-dən çox elmi əsərin (o cümlədən 2 monoqrafiya, 2 kitab və 2 broşür) müəlifidir. 

 

Elmmetrik bazalarda profilləri:

Google Scholar: https://scholar.google.com/citations?hl=tr&user=9chw5fgAAAAJ 

Researchgate:  https://www.researchgate.net/profile/Liliya-Mirzazade 

Web of Science (Research ID): ACR-3704-2022 

ORCİD: 0009-0008-7363-6516  

Academia.edu: https://independent.academia.edu/LiliyaMirzazade  

Dergipark:  https://dergipark.org.tr/en/pub/@02F10A-BBACA7-E8E4AE-20CCDA-109F5B-391688-376817-918764-A295F1-E04CE8-628624-47


Bölmələr: Şimali Qafqaz

Rəy bildir