Baş mütəxəssis
Günay Əliyeva Azər qızı 1999-cu il avqustun 18-də İmişli rayonunda anadan olmuşdur.
Təhsili:
- Orta təhsilini 2004-2007-ci illərdə İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində, 2007-ci ildən isə Bakı şəhəri, Səbail rayon, E.Əliyev adına 162 saylı tam orta məktəbdə almışdır.
- 2016-2020-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində Tarix ixtisası üzrə ali təhsil almışdır.
İş təcrübəsi:
• Hal-hazırda AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin baş mütəxəssis vəzifəsində çalışır.
Elmmetrik bazalarda profilləri:
Google Scholar: https://scholar.google.com/citations?user=aIyyPLMAAAAJ&hl=tr&authuser=1
Researchgate: https://www.researchgate.net/profile/Gunay-Aliyeva-10
Web of Science (Research ID):JPA-1989-2023
ORCİD: 0009-0004-4424-3888
Academia.edu: https://independent.academia.edu/AliyevaG%C3%BCnay
Dergipark: https://dergipark.org.tr/tr/pub/@gunayaliyeva32
Elmi məqalələr:
Azərbaycanda
1. İlk erməni terror təşkilatlarının Osmanlıda və Cənubi Qafqazda anti-türk fəaliyyəti / “1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda” mövzusunda II respublika elmi konfransının materialları. Bakı Dövlət Universiteti. Bakı, 2024, s. 168-171.
2. Cənubi Qafqazda xristian abidələrinə qarşı erməni saxtakarlığı / “İslam mədəniyyətini zənginləşdirən şəhər: Şuşa” mövzusunda beynəlxalq elmi konfransın tezisləri. AMEA Qafqazşünaslıq İnstitutu. Bakı, 2024, s. 251-254.
3. Qafqazın ilk “ağıllı” layihələri: işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri / “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktiki konfransın tezisləri. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AMEA, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi. Bakı, 2024, s. 311-312.
4.Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Cənubi Qafqazin tarixinin öyrənilməsində mənbə kimi / “Cənubi Qafqaz tədqiqatları: mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda respublika elmi konfransının tezisləri. Bakı, 2024, s. 86-89.
5. Fətəli xan Xoyski şəxsiyyətinin Azərbaycan tarixində yeri və rolu / “Cənubi Qafqazda dövlətlərarası münasibətlərdə şəxsiyyət amili: tarixdən günümüzə” mövzusunda respublika elmi konfransının tezisləri. Bakı, 2024, s. 148-150.
Xaricdə
1. Cənubi Qafqaza aid mənbələrdə Roma-Albaniya münasibətləri (türk dilində) // “Qafqaz tədqiqatları” (Kafkasya Çalışmaları) jurnalı. İstanbul, 2024, cild 9, sayı 15, s. 39-56. (Türkiyə).
2. XIX əsrdə Cənubi Qafqazın türk mənşəli ziyalıları və onların Avropaya inteqrasiyası (türk dilində) / “Avropa türk tarixi: avropalı türklər” mövzusunda beynəlxalq türk dünyası strateji araşdırmalar konqresinin materialları. Bursa Uludağ Universiteti, Bursa, 2024, s. 573-576. (Türkiyə).
3. Xəzər dənizi və Cənubi Qafqaz: tarix, neft və regional münasibətlər (türk dilində) / “XXI əsrdə iqtisadiyyat, siyasət və texnologiyada Asiya intibahı” simpoziumunun tezisləri. Ege Universiteti Türk Dünyası Araşdırmalar İnstitutu və Özbəkistan Buxara İnnovasiya Universiteti. Ankara, 2024, s. 234-235. (Türkiyə).