Şöbə müdiri


Qasım Hacıyev Əhəd oğlu, tarix elmləri doktoru, professor. Hacıyev Qasım Əhəd oğlu 1950-ci ildə Bərdə rayonunun Hacallı kəndində anadan olmuşdur.

Təhsili:

  •    1970-1974-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Tarix fakültəsini (əyani) bitirmişdir. 
  •    1984-cü ildə Azərbaycan Elmlər Akademiyasının Tarix İnsititunun aspiranturasına (əyani) qəbul olunmuş və 1987-ci ildə onu bitirmişdir.  
  •     1990-cı ildə Kemerovo Dövlət Universitetinin İxtisaslaşdırılmış Müdafiə Şurasında namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır.
  •      2006-cı ildə AMEA Tarix İnstitutunun Müdafiə Şurasında “Bərdə şəhərinin tarixi (b.e.ə. III əsr – b.e. XVIII əsri)” adlı dissetasiya müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi almışdır.

 İş təcrübəsi:

  •   1974-ü ildən 1983-cü ilədək Bərdə rayonunun Hacallı kənd məktəbində tarix müəllimi, təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişdir. 
  •   1987-ci ildən 1990-cı ilədək Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya sektorunda baş laborant, kiçik elmi işçi, vəzifəsində çalışmışdır. 
  •   1990-1997-ci illərdə Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya sektorunda elmi işçi, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 
  • 1997-ci ildən 2003-cü ilədək AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda aparıcı elmi işçi, şöbə müdirinin müavini vəzifəsində işləmişdir. 2003-2017 illərdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Qarabağ tarixi” şöbəsinin müdiri vəzifəsində işləmişdir. 
  •   2018-ci ilin yanvar ayından AMEA Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinə şöbə müdiri vəzifəsinə təyin edilmişdir.
  • Hal-hazırda AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri vəzifəsində çalışır. 

Elmi fəaliyyəti:

5 monoqrafiya, 4 kitab, 1 dərs vəsaiti, 1 tədris proqramı və 110-dan artıq elmi məqalə müəllifidir. Müxtəlif ölkələrin şəhərlərində - Dərbənd, Tbilisi, Moskva, Sankt-Peterburq, Novosibirsk, Kemerovo, Сənubi Saxalin, Ankara, Van, Ərzurum, Tehran, Təbriz, Hələb, və s. keçirilən elmi konfranslarda və elmi tədqiqatlarda iştirak etmişdir. 1992-ci ildən Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində Azərbaycan tarixi, Beynəlxalq münasibətlər tarixi, Türk xalqlarının tarixi, Qafqaz xalqlarının tarixi fənlərindən mühazirələr oxumuşdur və oxuyur.

 

Elmmetrik bazalarda profilləri:

Google Scholar: https://scholar.google.com/citations?hl=ru&user=Shc5ygIAAAAJ 

Researchgate: https://www.researchgate.net/profile/Qasim-Haciyev 

Web of Science (Research ID): ACX-4584-2022 

ORCİD: 0000-0002-6500-7890

Academia.edu: https://independent.academia.edu/Qas%C4%B1mHac%C4%B1yev 

Dergipark: https://dergipark.org.tr/tr/pub/@gasimh 

 

 Elmi məqalələri və tezisləri:

  1. Akademik Ziya Bünyadov və Şərq mənbələrində Qafqaz / “Qədim və müasir Şərq: mənbələr, tədqiqatlar, perspektivlər” mövzusunda beynəlxalq elmi konfransın tezisləri. AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu. Bakı, 2023, s. 13.
  2. Məşədixanım Nemətin yaradıcılığının Azərbaycan tarixinin öyrənilməsində  yeri və rolu / “Məşədixanım Nemət-100” mövzusunda elmi-praktik konfransın  materialları. Milli Azərbaycan Tarixi Muzeyi. Bakı, 2024, s. 28-32.
  3. Cənubi Qafqazda XX əsrin əvvəllərində erməni separatizmi: səbəb və nəticələri / “1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda” mövzusunda II respublika elmi konfransının materialları. Bakı Dövlət Universiteti. Bakı, 2024, s. 13-16.
  4. Mədəniyyət mərkəzi Şuşanın Azərbaycan tarixində və mədəni irsində yeri / “İslam mədəniyyətini zənginləşdirən şəhər: Şuşa” mövzusunda beynəlxalq elmi konfransın tezisləri. AMEA Qafqazşünaslıq İnstitutu. Bakı, 2024, s. 39-41.
  5. Azərbaycan Respublikası Cənubi Qafqazın qlobal çağırışlara və təhdidlərə cavab verən qüdrətli dövlətidir / “Cənubi Qafqaz yeni qlobal çağırışlar kontekstində” mövzusunda beynəlxalq elmi konfransın tezisləri. Azərbaycan Universiteti. Bakı, 2024, s. 117-122.
  6. Cənubi Qafqazda aborigen olmayan ermənilərin Naxçıvan və Qarabağa iddiaları əsassızdır /  “Naxçıvan Muxtar Respublikasının yaranması: keçmişdən bu günə və sabaha” mövzusunda beynəlxalq elmi konfransın materialları. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, AMEA Rəyasət Heyəti, AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti. Naxçıvan, 2024, s. 34-37.
  7. Prezident İlham Əliyevin uğurlu siyasəti təbii sərvətlərin talanmasına və ekoloji terrora son qoydu / “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktiki konfransın tezisləri. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AMEA, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi. Bakı, 2024, s. 429.
  8. Cənubi Qafqazda insan hüquqlarının zəif həlqəsi // “Qafqazşünaslığın aktual problemləri” məqalələr toplusu. AMEA Qafqazşünaslıq İnstitutu. Bakı, 2024, s. 5-27.
  9. Cənubi Qafqaz tarixinin tədqiqinə dair / “Cənubi Qafqaz tədqiqatları: mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda respublika elmi konfransının tezisləri. Bakı, 2024, s. 12-13.
  10. Prezident İlham Əliyevin uğurlu siyasəti Qarabağda vandalizmə son qoydu / “Sanitariya epidemioloji xidmətlər yaşıl dünya naminə həmrəylikdir” mövzusunda respublika elmi konfransının tezisləri. Bakı, 2024, s. 79-81.
  11. Cənubi Qafqazda tarixi şəxsiyyətlər / “Cənubi Qafqazda dövlətlərarası münasibətlərdə şəxsiyyət amili: tarixdən günümüzə” mövzusunda respublika elmi konfransının tezisləri. Bakı, 2024, s. 17-20.
  12. Azərbaycanın Qarabağ regionu və şəxsiyyətlərinə dair: keçmişi, indisi (fars dilində) // “Varlıq: dil, ədəbiyyat, cəmiyyət və mədəniyyət tədqiqatları” (Varlıq: Dil, Edebiyat, Toplum ve Kültür Araştırmaları) jurnalı. Ankara, 2023, cild 2, sayı 28 (2), s. 79-97. (Türkiyə).
  13. Qafqazın qədim xalqları və dövlətləri arasında münasibətlər tarixindən  //“Qlobal elm və innovasiyalar 2024: Mərkəzi Asiya” (Global Science and İnnovations 2024: Central Asiabeynəlxalq elmi və praktik jurnalı. Astana, 2, 2024, s. 19-29. (Qazaxıstan).
  14. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Cənubi Qafqazda erməni separatizmi və qaçqınlar məsələsi (türk dilində) / “Azərbaycan Xalq Cümhuriyyəti 1918: Quruluş” konfrans materialları. Ankara, 2024, s. 853-863. (Türkiyə).
  15. Azərbaycanın Qarabağ bölgəsinin qədim tarix və memarlıq abidələri (türk dilində) / “Azərbaycan Xalq Cümhuriyyəti 1918: Quruluş” konfrans materialları. Ankara, 2024, s. 865-882. (Türkiyə).
  16.  Cənubi Qafqazda separatizm və qaçqınlar problemi (türk dilində) // “Dövlət İdarəçilik İnstitutu Sosial Elmlər” (Kamu Yönetimi Enstitüsü Sosyal Bilimler) jurnalı. Ankara, cild 4, sayı 1, 2024, s. 175-194. (Türkiyə).
  17. Cənubi Qafqazın tarixşünaslığı probleminin aktuallığı: saxtakarlıq və obyektivlik / “Elm və texnologiya” mözvusunda XII beynəlxalq elmi-praktiki konfransın materialları. Almatı, 2024, s. 7-22. (Qazaxıstan).

 

Bölmələr: Qafqaz tarixi

Rəy bildir