Nəsibə Mirzəyeva. Gürcüstanda Erməni təşkilatları: məqsəd nədir?

Nəsibə Mirzəyeva
AMEA Qafqazşünaslıq İnstitutunun əməkdaşı
Gürcüstanda Erməni təşkilatları: məqsəd nədir?
Erməni təşkilatlarının yaradılması tarixinə qısa baxış
Ermənilər Gürcüstanda yaşayan milli azlıqlar içində say baxımından ikinci yerdədirlər. 2014-cü ildə keçirilən siyahıyaalmaya əsasən, Gürcüstanda 168,1 min erməni (4,5%) yaşayır.1 Lakin gürcü soyadlarını alan ermənilər də nəzərə alınarsa faiz nisbəti ilə onlar çoxluq təşkil etmiş olacaq. Məlumdur ki, ermənilər Gürcüstanda hazırda məskunlaşdığı ərazilərə tarixən çarizm dövründə köçürülmüşlər. Gürcüstanda ictimai təşkilatlar hələ Sovet zamanında M.Qorbaçovun “yenidənqurma” dövründən etibarən fəal şəkildə formalaşmağa başlayıblar. Hazırda Gürcüstanda 20 erməni ictimai təşkilatının (bəzi mənbələrə görə isə 40) fəaliyyət göstərdiyi məlumdur. Sovet İtttifaqının dağıldığı ilk vaxtlarda, xüsusilə, Samtsxe-Cavaxetiya erməniləri radikal mövqedən çıxış edərək, Ermənistana birləşməyi tələb edirdilər.

Faylı buradan yükləyə bilərsiniz:

Скачать файл: meqale-mirzeyeva-nesibe.pdf [99.7 Kb] (cкачиваний: 22)
Посмотреть онлайн файл: meqale-mirzeyeva-nesibe.pdf
 

Bölmələr: Elmi məqalələr

Rəy bildir