Dadaşova R. Qloballaşma prosesində insan haqlari və demokratikləşmə problemləri

                                                            QLOBALLAŞMA PROSESİNDƏ İNSAN HAQLARI VƏ DEMOKRATİKLƏŞMƏ PROBLEMLƏRİ                        

Ramilə Bəhlul qızı Dadaşova

                                    AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu                                             

dadashova.ramila@rambler.ru

Müəllif demokratikləşmənin daxili və xarici amillərini təhlil edir və göstərir ki, müasir dövrdə ABŞ qloballaşma amilindən istifadə edərək, demokratiyanı yaymaq və insan hüquqlarını müdafiə etmək pərdəsi altında özünün maraqları olduğu dövlətlərin daxili işlərinə müdaxilə edir və saxta demokratik dövlətlər yaradır. Məqalə müəllifi, eyni zamanda, insan hüquqları barədə qəbul edilən hüquqi sənədləri təhlil edir, qloballaşmanın insan hüquqlarının müdafiəsinə müsbət və mənfi təsirlərini araşdırır. Məqalənin sonunda müəllif bəzi təkliflər irəli sürür.

Açar sözlər: qloballaşma, demokratiya, insan hüquqları, beynəlxalq konvensiyalar, birqütblü dünya, beynəlxalq münasibətlər sistemi                

Qloballaşma insan hüquqlarına və demokratiyaya həm müsbət, həm də mənfi istiqamətdə təsir göstərir. Qloballaşma müsbət istiqamətdə insan hüquqlarının və demokratiyanın ümumbəşəri dəyər kimi formalaşmasına, bu sahədə maarifləndirilmənin artmasına və təcrübənin paylaşmasına təsir edir. Qloballaşmanın insan hüquqlarına və demokratiyaya mənfi təsiri isə ondan ibarətdir ki, qloballaşmadan bəhanə kimi istifadə edən ABŞ digər dövlətlərin daxili işlərinə müdaxilə edir.

Faylı buradan yükləyə birləsiniz:

Скачать файл: bdux.pdf [85.44 Kb] (cкачиваний: 38)
Посмотреть онлайн файл: bdux.pdf
 

Bölmələr: Elmi məqalələr

Rəy bildir