CƏNUBİ QAFQAZ KÜTLƏVİ QIRĞINLAR ƏRƏFƏSİNDƏ (1903-1904) - Prof.Dr. Musa Qasımlı
Musa Qasımlı,
professor, Milli Məclisin deputatı
CƏNUBİ QAFQAZ KÜTLƏVİ QIRĞINLAR ƏRƏFƏSİNDƏ
(1903-1904)
Erməni terror təşkilatlarının fəaliyyətində qanlı mərhələlərdən biri XX əsrin əvvəllərindən başladı. 1903-cü ildə daşnaklar Türkiyədəki “erməni məsələsi”nə Rusiya və İranda yaşayan ermənilərin də “problemlərini” daxil edərək “Böyük Ermənistan” qurmaq məqsədi ilə terror hərəkətlərini genişləndirdilər. Qnçak Partiyası MK-sı yerli komitələrə müraciət edərək Türkiyə ərazisində azad, müstəqil Ermənistan qurulması üçün təbliğat işləri üçün vəsait toplamağa çağırdı<!--[if !supportFootnotes]-->[1]. Daşnaksütyun da fəaliyyətini artırdı. Məhz bu ildən etibarən terror təşkilatının fəaliyyətdə ikinci mərhələ başladı. Çarizm jandarm sənədlərində yazıldığı kimi, “siyasi cəhətdən xəyalpərvər olan daşnaklar fırtınalı dənizdə sükansız üzməyə başladılar və onların qurmaq istədikləri “erməni çarlığı” əfsanədən başqa bir şey deyildi”<!--[if !supportFootnotes]-->[2]. Bu əfsanəni reallaşdırmaq üçün yerlərdə təşkilatların qurulması artırıldı. Rusiya Daxili İşlər Nazirliyi tərəfindən 1903-cü il dekabrın 12-də hazırlanmış tamamilə məxfi məlumatda yazılırdı: “Demək olar ki, bütün böyük şəhərlərdə - Bakı, Batum, İrəvan, Yelizavetpol və b. Qnçak təşkilatları vardır”<!--[if !supportFootnotes]-->[3].
Erməni terror təşkilatlarının hərəkətləri bir sıra daxili və beynəlxalq amillərin təsiri altında baş verirdi. Daşnaksütyunun mərkəzi orqanı olan “Droşak” (Bayraq) qəzeti yazırdı ki, ermənilərin Qafqazda başladığı iş yeni deyildir, bu, indiyədək Daşnaksütyunun bizim var olmağımız uğrunda apardığı mübarizənin tərkib və bölünməz hissəsidir. Erməni xalqı Arazın həm bu, həm də o tərəfində Rusiya ermənilərini qardaşlarından ayrı salan sərhədlərin ləğv edilməsi uğrunda öz mübarizəsini aparır”.
Erməni terror təşkilatlarının fəaliyyətində erməni kilsəsi müəyyən rol oynayırdı. Bütün imperiya ərazisində yazışmalar rus dilində aparıldığı halda, erməni kilsəsi dövlət müəssisələri ilə yazışmaları erməni dilində aparır, kilsə pullarını istədiyi xərcləyir, hərc-mərclik yaradırdı<!--[if !supportFootnotes]-->[4]. Erməni kilsəsi terror təşkilatı ilə sıx bağlı idi. Kilsə məktəblərinin zirzəmiləri silah anbarlarına çevrilmişdi. Bu və ya digər səbəblər üzündən Qafqaz canişini knyaz Q.S.Qolitsın 1903-cü ildə erməni kilsəsinin əmlakının idarə edilməsi və hökumətin nəzarətinə verilməsi haqqında qərar qəbul etmək məsələsini qaldırdı. Canişinin bu hərəkəti ermənilər və Daşnaksütyun tərəfindən etirazla qarşılandı. Onlar dövlət hakimiyyət orqanlarına qarşı silahlı müqavimət göstərdilər<!--[if !supportFootnotes]-->[5]. Ermənilərin etirazına baxmayaraq, həmin il iyunun 12-də Rusiya imperatoru erməni-qriqorian kilsəsinin mülkiyyətinin idarəsinin hökumət təsisatlarında mərkəzləşdirilməsi və kilsənin mövcudluğunu təmin edən vəsait və mülkiyyətinin Xalq Maarif Nazirliyinin sərəncamına verilməsi haqqında Nazirlər Şurasının əsasnaməsini təsdiq etdi<!--[if !supportFootnotes]-->[6].
Bundan hiddətlənən erməni komitələri Cənubi Qafqazda qarışıqlıq törətdilər. İlk qarışıqlıqlardan biri 1903-cü ilin iyul ayında Bakıda Balaxanıda oldu. Ermənilərin törətdikləri qarışıqların qarşısını almaq üçün Tiflisdən Bakıya əlavə hərbi hissələr gətirildi. Sonralar, 1903-cü il oktyabrın 26-da Bakının vitse qubernatoru Bakı qubernatoruna yazdığı 24 №:-li məxfi məktubda qeyd edirdi: “Əgər iyul hadisələri zamanı ermənilərin hərc-mərcliyində Balaxanıya ordu hissələri vaxtında göndərilməsəydi, Allah bilir nələr olardı”<!--[if !supportFootnotes]-->[7].
Erməni kilsə əmlakının müsadirə edilməsinə etiraz olaraq Tiflisdə də ermənilər ilə polis arasında 1903-cü ilin avqustunda toqquşma oldu<!--[if !supportFootnotes]-->[8].
Terror təşkilatları qanlı əməllərinə əl atdılar. İrəvan qubernatorunun Qafqaz canişinliyinə yazdığı məxfi məktubda 1903-cü il sentyabrın 16-dan ötən on ay ərzində İrəvan quberniyasında erməni komitəçiləri tərəfindən aşağıdakı terror aktlarının törədildiyi vurğulanırdı: İrəvan şəhərində polis işçisi öldürülmüşdü; Aleksandropolda polis işçisi Dardımanov qətlə yetirilmişdi; Sürməli qəza rəisi, polkovnik Boqoslavski öldürülmüşdü<!--[if !supportFootnotes]-->[9]. Bundan başqa İrəvan quberniyasındakı kəndlərdə bir neçə adam qətlə yetirilmişdi. Öldürülənlər ümumi erməni işinin həyata keçirilməsinə mane olan şəxslər idi.
Hakimiyyət orqanları erməni təşkilatlarının fəaliyyətini dayandırmaq üçün hərəkətə keçdi. Lakin Bakı və Bakı quberniyasında erməni təşkilatlarının fəaliyyəti haqqında məlumat toplamaq çox çətin idi. Çarizm jandarm sənədlərində yazıldığı kimi, Bakıda erməni cəmiyyəti kifayət qədər mütəşəkkil olduğundan agentura müfəssəl məlumat toplaya bilmirdi. Aralarına başqa xalqların nümayəndələrini buraxmayan ermənilər özləri olduqda qatı millətçilikdən, türk və müsəlmanlara nifrətdən, digərlərinin yanında isə beynəlmiləlçilikdən və dostluqdan danışırdılar.
Bütün bunlara baxmayaraq, 1903-cü il sentyabrın 1-də Bakıda daşnakların gizli mətbəəsi tapıldı<!--[if !supportFootnotes]-->[10]. Bir tərəfdən, erməni kilsəsinə münasibətdə qəbul edilən qərarlara, digər tərəfdən isə gizli mətbəənin üstünün açılmasına etiraz olaraq sentyabrın 2-də Bakıda Parapet bağındakı erməni kilsəsində toplaşan ermənilər təqib edilmələri, yaşamağa imkan verilmədiyi haqda haray-həşir qopardılar.
Az sonra yenidən terror aktları törətdilər. Yelizavetpolda Qnçak təşkilatının üzvləri K. Qulucanyans və A.İsaakyans tərəfindən polis işçisi öldürüldü<!--[if !supportFootnotes]-->[11]. Oktyabrın 14-də erməni terrorçuları Qafqaz canişini knyaz Qolitsınə sui-qəsd etdilər. Lakin canişin sağ qaldı.
Erməni terrorçularının bu hərəkətlərini erməni tacirləri qəbul etmir, kəndlilər isə onlardan qorxurdular. Çarizm hakimiyyət orqanlarının sənədlərində yazıldığı kimi, Rusiya hakimiyyəti üçün ziyanlı elementlər erməni ziyalıları və din adamları idi<!--[if !supportFootnotes]-->[12]. Erməni kilsəsi daşnakların toplaşdığı yerə çevrilmişdi. Kilsə xadimləri seçilərkən Daşnaksütyun öz namizədini keçirməyə çalışır və buna nail də olurdu. İrəvan quberniya jandarm idarəsinin rəisi Rusiya Daxili İşlər Nazirliyinin polis departamentinə 1903-cü ilin noyabrında yazdığı raportunda qeyd edirdi: “İrəvan kilsəsinin keşişi Sukiasov Ter Qriqoryan Daşnaksütyunun üzvüdür”<!--[if !supportFootnotes]-->[13].
Nəhayət, çarizm erməni kilsəsinin əmlakını geri qaytardı. Bu, terror təşkilatlarını daha da ruhlandırdı. Daşnaksütyun kilsə əmlakının geri qaytarılmasını öz qələbəsi kimi qələmə verməyə başladı. Ermənilər kilsə əmlakının qaytarılmasını yalnız bu təşkilatın xidməti kimi qiymətləndirirdilər. Erməni əhalisi arasında onun təsiri daha da artdı. Bununla bağlı olaraq jandarm sənədlərində yazılırdı: “... erməni terrorçularının fəaliyyəti nəinki dayandırılmadı, əksinə yerli erməni gizli təşkilatları heç bir ciddi zərər almadılar, bu isə onlara terrorçuluq fəaliyyətlərini davam etdirməyə imkan verdi”<!--[if !supportFootnotes]-->[14].
Bundan sonra kilsə ilə terror təşkilatı arasında birlik daha da möhkəmləndirildi. Tiflis quberniyasından 1904-cü il mayın 8-də Qafqaz canişinliyinə göndərilən məktubda terror komitəsinin Eçmiadzində sinod üzərində təsirinin olduğu yazılırdı Qeyd edilirdi: “Eçmiadzin terror komitəsi sinod üzvlərinə yaxındır. Kilsə komitəyə tabe olmayacağı təqdirdə komitə sinod üzvlərini öldürüləcəyi barədə açıq şəkildə, silahla hədələyir. Sinod terror komitəsinə pul verir” vurğulanırdı<!--[if !supportFootnotes]-->[15].
Erməni terror təşkilatlarının fəaliyyətinin Cənubi Qafqazda artmasına təsir edən amillərdən biri Osmanlı ərazisindən terrorçuların bu regiona gəlmələrinin çoxalması oldu. 1903-cü ildə Sasunda ikinci dəfə qalxan qiyam yatırıldıqdan sonra ermənilər yenidən Cənubi Qafqaza axışdılar. Onlar artıq XX əsrin əvvəllərindən Cənubi Qafqazı silah anbarı halına gətirmişdilər. Rusiyanın Bəyaziddəki konsulu da İstanbuldakı rus səfirinə 1904-cü il yanvarın 15-də yazdığı məxfi məktubunda qeyd edirdi: “Buradakı ermənilər Rusiyaya nifrət edir, erməni çarlığını qurmaqda yeganə maneə kimi Rusiyanı görürlər. Onlar Qafqazda Rusiyanın ayaqlarının altını qazırlar”<!--[if !supportFootnotes]-->[16].
Erməni terror təşkilatları Türkiyə ərazisində qaldıracaqları qiyamlar üçün Cənubi Qafqazı bir baza olaraq görürdülər. Ərzurumdan rus nümayəndələrinin 1904-cü il fevralın 1-də verdikləri məlumata görə, erməni komitələri Qafqazda açıq döyüşlərə başlayacaqlar<!--[if !supportFootnotes]-->[17]. Rusiyanın xarici işlər naziri Vladimir Lamsdorf daxili işlər naziri V.K.Penleveyə 1904-cü il 28 fevral tarixli məktubunda yazırdı: “Ərzurumdakı baş konsul Qafqaz ermənilərinin Türkiyəyə keçməsinə dair İstanbuldakı ingilis səfirinin Türkiyə hökumətini xəbərdar etdiyini bildirmişdir. İngilislər Qafqazda və Türkiyədə ermənilərin üsyanını qaldırmağa cəhd edirlər”<!--[if !supportFootnotes]-->[18].
1904-cü il martın 16-da daxili işlər naziri Penleve knyaz Qolitsınə məxfi məktubunda yazırdı ki, İstanbuldakı ingilis səfirliyi Osmanlı hökumətinə bildirmişdir ki, Qafqaz erməni quldurları sərhədi keçəcəklər və Sasun ətrafında qiyam qaldırmağa hazırlaşırlar. Daxili işlər naziri rus-türk sərhədini möhkəmləndirməyi xahiş edirdi. Daha sonra yazırdı ki, ingilis konsulları həm də Qafqaz ermənilərini Türkiyəyə keçərək qiyam qaldırmağa təhrik edirlər. Bununla ingilislər rus-türk sərhədində iki qonşu hökuməti toqquşmalara cəlb etmək istəyirlər<!--[if !supportFootnotes]-->[19].
Terror fəaliyyətinin artmasına 1904-cü ildə keçirilən daşnakların III qurultayının qərarları əsaslı təsir etdi. Qurultayda fəal inqilabi mübarizə barədə qərar qəbul olundu. Bu ildə erməni terror təşkilatları bir neçə terror aktı törətdilər. Martın 17-də Eçmiadzin qəza rəisi Şmerlinqə sui-qəsd etdilər<!--[if !supportFootnotes]-->[20]. Onu Daşnaksütyunun üzvləri olan müəllimlər Semyon Qarayan və Xeço Ryabyan öldürdülər<!--[if !supportFootnotes]-->[21]. Aleksandropol qəzasının Böyük Qonaqağ kəndində keşiş Qriqori Ter Saakovu daşnaklara yardım etmədiyi və pul vermədiyi üçün qətlə yetirdilər<!--[if !supportFootnotes]-->[22]. 1904-cü ilin aprelində Daşnaksütyunun Mərkəzi Komitəsi Tiflisdə son terror hərəkətləri barədə vərəqə bir yaydı<!--[if !supportFootnotes]-->[23]. Həmin ildə Yelizavetpol quberniyasında bir neçə terror aktları törədildi. N.K.Martirosov, M.Ağacanov və başqaları Yelizavetpol şəhərində pristav Abramoviçi öldürdülər<!--[if !supportFootnotes]-->[24]. Hacıkənddə Yelizavetpolun vitse qubernatoru Andreyev, oktyabrın 6-da Şuşada jandarma zabiti Podşivalov<!--[if !supportFootnotes]-->[25], noyabr ayında Şuşa 2-ci hissənin pristavının tərcüməçisi Hacıyev, dekabr ayında polis işçisi Saxarov<!--[if !supportFootnotes]-->[26], Şuşada vergi inspektoru Şerbakov,<!--[if !supportFootnotes]-->[27] xəyanət etdiyi üçün Nuxada Vartanov,<!--[if !supportFootnotes]-->[28] terror təşkilatlarına pul vermədiyi üçün Bakıda erməni taciri A.Adamov erməni terrorçuları tərəfindən qətlə yetirildilər<!--[if !supportFootnotes]-->[29].
Qeyd etmək lazımdır ki, bu zaman Rusiyanın beynəlxalq vəziyyəti də mürəkkəb idi. 1904-1905-ci illər rus-yapon müharibəsi zamanı İngiltərə Uzaq Şərqdə və Sakit okeanda Rusiyanın qalib gəlməsini arzulamadığı üçün imperiya ərazisində qarışıqlıq törədilməsində maraqlı idi. Rusiya diplomatlarının məlumatlarında yazılırdı ki, rus-yapon müharibəsi zamanı ingilislər erməniləri Rusiya hökumətinə qarşı qaldırmağa cəhdlər etdilər. Böyük dövlətlər müharibədə çarizmi məğlub etmək və zəiflətməkdə maraqlı idilər.
Onlar həmçinin Osmanlı-Rusiya sərhədində ermənilərdən istifadə edərək qarışıqlıq törədirdilər. 1904-cü il iyunun 2-də bir dəstə erməni Türkiyə ermənilərinin türk hökuməti əleyhinə qiyamlarda iştirak üçün Olt dairəsində türk sərhədini keçərək Rusiya sərhədçiləri ilə toqquşdu<!--[if !supportFootnotes]-->[30]. İyunun 7-8-də isə Türkiyə sərhədini Xorasan rayonunda keçib Türkiyə erməniləri tərəfindən döyüşmək istəyən ermənilər ilə türk sərhədçiləri arasında toqquşma oldu.<!--[if !supportFootnotes]-->[31]
Bütün bunlar çarizm orqanlarında narahatlıq yaradırdı. Trapezunddakı Rusiya konsulu Brandt iyunun 10-da İstanbuldakı rus səfirinə yazırdı ki, ermənilər gizli surətdə Rusiya ərazisinə keçirlər. Onun məlumatına görə, Qara dənizdə dəstələrlə gəmilərlə gecə vaxtı Qafqaza keçmək istəyən ermənilərdən 85 nəfərini türk hakimiyyəti həbs etdi. Konsul yazırdı: “Onların Rusiya ərazisinə keçmələrinin əsl səbəbləri öyrənilməlidir. Türk hökuməti onların Rusiya ərazisinə keçməsindən narahat deyil, çünki narahat elementlərdən xilas olacaqdır”. Konsul sual edirdi: “Başa düşmürəm, Qafqaz hakimiyyəti bu qədər pasportsuz ermənini Rusiya hüdudlarına necə buraxır?”. O bunun təqsirini Rusiya sərhəd hakimiyyətinin diqqətsizliyində görürdü.<!--[if !supportFootnotes]-->[32]
Həmin il iyulun 2-də Cənubi Qafqazdan Türkiyədəki ermənilərə silah aparmaq istəyən dəstə ilə Olt dairəsində rus sərhədçiləri arasında toqquşma oldu<!--[if !supportFootnotes]-->[33]. Bundan hiddətlənən ermənilər onlara mane olmaq istəyən məmurlara qarşı terror aktları törətdilər. Kars şəhərində Kars briqadası sərhəd dəstəsinin 1-ci bölməsinin rəisi Bıkovu qətlə yetirdilər<!--[if !supportFootnotes]-->[34]. Çarizm jandarm orqanları 1904-cü ildə Kars vilayətinin Berna kəndində ermənilərin silah anbarını aşkar etdi<!--[if !supportFootnotes]-->[35]. Az sonra isə Daşnaksütyunun terrorçuları Karsda polis işçisi Xerxulidzeni öldürdülər<!--[if !supportFootnotes]-->[36] .
Ermənilərin Cənubi Qafqaza gəlməsinə rus diplomatları da təhlükəli amil kimi baxırdılar. Belə ki, Rusiyanın Tehrandakı səfirliyinin böyük müşaviri Somov 1904-cü il sentyabrın 22-də Xarici İşlər Nazirliyinə yazırdı: “İran xalqları ermənilərə nifrət edir. Londonda ticarət edən ermənilər missionerlik fəaliyyəti ilə məşğul olurlar. Zaqafqaziyada sərhədlər möhkəmləndirilməli və Xəzər dənizi limanlarına ermənilərin pasportsuz gəlmələrinə imkan verilməməlidir”<!--[if !supportFootnotes]-->[37].
Bütün bunlara baxmayaraq, erməni terror təşkilatları fəaliyyətlərini daim genişləndirirdilər. Belə ki, Qafqaz canişinliyinə yazılan 1904-cü il oktyabrın 12-də raportda qeyd edilirdi: “Demək olar ki, bütün böyük şəhərlərdə - Tiflis, Yelizavetpol, Bakı və İrəvanda, Kars vilayətində ermənilərin müxtəlif komitələri vardır. Bu komitələrin erməni əhalisi üzərində böyük hakimiyyəti vardır. Məsələn, Aleksandropol yerləşən təşkilata hökumət əleyhinə, terror, məhkəmə və təşkilatı şöbələri tabedir. Bu təşkilatlar İrəvan hüdudlarında, İqdır və Eçmiadzində fəaliyyət göstərirlər”. Raportda bu komitələrin əhali üzərində nüfuzunun çox olmasının səbəbləri aşağıdakı kimi izah edilirdi: “Bir tərəfdən, bu təşkilatlar fəaliyyət üçün heç bir vəsaitdən imtina etmirlər, istənilən yollarla pul ələ keçirirlər; digər tərəfdən, terror yolu ilə erməni əhalisini özlərinə tabe edirlər, varlıları öldürürlər. Bir çox yerlərdə hər bir erməni hər həftə bu komitələrə 1 rubl pul verməlidir. 1904-cü ildə erməni komitələri 12 siyasi qətl törətdilər, 15 dəfə sui-qəsd etdilər...Erməni əhalisinin həyasızlığı o həddə çatmışdır ki, Sürməli qəzasında həbs edilən şəxsləri zorla axşam azad etdirdilər. Erməni dini rəhbəri xalqı sakitləşdirməkdə uzaqdır. Hakimiyyətin aşağı rütbəli məmurları agenturadan qorxurdular. Erməni əhalisi isə qorxudan terrorçuların sözünü və tələblərini yerinə yetirir”<!--[if !supportFootnotes]-->[38].
Belə fəaliyyətlərin nəticəsində Daşnaksütyunun büdcəsində 1904-cü ildə 800 min frank pul var idi<!--[if !supportFootnotes]-->[39]. Təşkilat üzvləri bu yolla çoxlu silah ələ keçirdilər.
1904-1905-ci illərdə 45 min erməni Cənubi Qafqaza gəldi<!--[if !supportFootnotes]-->[40]. Erməni təşkilatları regionu terrorçu qruplaşmalarla doldurdular. Onlar kütləvi qırğınlar törətməyə hazır idilər. Cənubi Qafqaz qırğınların astanasında idi.
Erməni terror təşkilatlarının dinc türk və digər müsəlman əhali əleyhinə kütləvi qırğınlar törətməsi üçün yalnız bir bəhanə lazım idi. Bu bəhanə 1905-1907-ci illərdə tapıldı.
<!--[if !supportEndnotes]--><!--[endif]-->
<!--[if !supportFootnotes]-->[2] Армянское движение. – ГАРФ, ф.102, оп.О.О.1906. II, д. 832, л.1об.
<!--[if !supportFootnotes]-->[28] Дело о привлечении к дознанию И.К.Осипова, А.Т.Каспарова, А.О.Амбарцумова и др. за убийство Вартанова по подозрению в предательстве в г. Нухе. – ГАРФ, ф.124, оп. 13. 1904 г., д.1488, л.1-5.
<!--[if !supportFootnotes]-->[39]ARDTA, f. 62, siy. 62, iş 1, v. 173-174.