Musa Qasımlı “Türk-erməni münasibətləri” adlı birinci beynəlxalq elmi simpoziumda məruzə edib

AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Türk Tarix Qurumu və İqdır Universitetinin 16-17 oktyabr tarixlərində Türkiyə, Azərbaycan, ABŞ, İtaliya, Hindistan və Ukrayna tarixçilərinin iştirakı ilə təşkil etdiyi “Türk-erməni münasibətləri” adlı birinci beynəlxalq elmi simpoziumda iştirak edib. Azərbaycanlı alimin həm simpoziumun plenar iclasında çıxışı, həm də bölmə iclasında “XIX əsrin sonları-XX əsrin əvvəllərində İqdırda erməni silahlı dəstələrinin törətdikləri qırğınlar (Rusiya və Gürcüstan arxiv mənbələri əsasında)” adlı məruzəsi maraqla qarşılanıb.

Simpoziumun yekun dəyərləndirməsini AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı, Türkiyənin görkəmli tarixçiləri - professorlar Kamal Çiçək, Hikmət Öksüz və Esen Dayı ediblər. 



Bölmələr: Xəbərlər / Simpoziumlar
Teqlər:

Rəy bildir