Dadaşova R. Regional münaqişələrin nizama salinmasinda beynəlxalq məhkəmənin rolunun artirilmasi perspektivləri


REGIONAL MÜNAQIŞƏLƏRIN NIZAMA SALINMASINDA   

BEYNƏLXALQ MƏHKƏMƏNIN ROLUNUN ARTIRILMASI PERSPEKTIVLƏRI

Ramilə Bəhlul qızı Dаdаşоvа

АMЕА Fəlsəfə,  Sosiologiya və Hüquq  Institutu                        

 dadashova.ramila@rambler.ru

Beynəlxalq hüquq normalarının Beynəlxalq Məhkəmə vasitəsilə həyata keçirilməsi beynəlxalq münasibətləri nizama salmada aktual problemlərdən biridir. Təcаvüzкаrı cəzаlаndırmаq üçün Xüsusi Tribunаların yаrаdılmаsı sоn dərəcə vаcibdir. Sülh və təhlüкəsizliyi müdafiə еtməк üçün Təhlükəsizlik Şurası və Beynəlxalq Məhkəmə arasında sıх əməкdаşlıq оlmаlıdır. Əsirlər barədə hüquqi məsələlərin qaydaya salınması üçün Beynəlxalq məhkəmə komissiyası yaradılmalı, Beynəlxalq Məhkəmə Insаn hüquqlаrı üzrə Şurа, Коmpеnsаsiyа Коmissiyаsı ilə əməкdаşlıq etməlidir.

Açar sözlər: Beynəlxalq Məhkəmə, insan hüquqları, Xüsusi Tribunаl, hərbi cinayətlər, genosid, təcavüzkar müharibə                    

Beynəlxalq hüquq normalarının Beynəlxalq Məhkəmə vasitəsilə həyata keçirilməsi beynəlxalq münasibətlərin tənzimlənməsində aktual problemlərdən biridir. Beynəlxalq hüquqşünas F.İ.Kojevnikovun fikrincə, «Beynəlxalq hüquq normaları beynəlxalq əlaqələrin, sülhün və təhlükəsizliyin təmin olunması vasitəsi olub, bəşəriyyətin, bütün sülhsevər xalqların tələblərini özündə əks etdirir.» (2, s.110)

 Beləliklə, beynəlxalq mübahisələrin dinc yol ilə nizama salınması vasitələrini iki növə ayırmaq olar: 1) Diplomatik vasitələr (danışıqlar, təhqiqat, barışdırma) 2) Məhkəmə vasitələri (Beynəlxalq arbitraj və Beynəlxalq Məhkəmə). Bu halda qərəzsiz üçüncü tərəf beynəlxalq hüquq normalarını əsas götürməklə beynəlxalq mübahisələri həll edir və onun çıxardığı qərar mübahisə tərəfləri üçün məcburidir. Beynəlxalq Məhkəmə konvensiyalardan, beynəlxalq adət normalarından, məhkəmə qərarlarından, doktrinalardan istifadə etməklə, münaqişə tərəflərinin razılığı ilə dövlətlərarası mübahisələrə baxır, tərəflərin qərarları ex aequoct, ədalətlilik prinsipi əsasında qəbul edilir. (8,s.180)

Faylı buradan yükləyə bilərsiniz:

Скачать файл: beynelxalqmehkeme.pdf [98.3 Kb] (cкачиваний: 27)
Посмотреть онлайн файл: beynelxalqmehkeme.pdf
 

Bölmələr: Elmi məqalələr

Rəy bildir