“Şuşa ili”nə həsr olunmuş “Cənubi Qafqazda reallıqlar” mövzusunda respublika elmi konfransı keçirilir

 

 

 

 

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI


 

 

 

QAFQAZŞÜNASLIQ İNSTİTUTU

 


 

 

 

AMEA Qafqazşünaslıq İnstitutu 

“Şuşa ili”nə həsr olunmuş “Cənubi Qafqazda reallıqlar” mövzusunda

 respublika elmi konfransı keçirir.

 

                                                            Bakı,  oktyabr 2022-ci il

 

 

       Konfransın bölmələri:

 

  1. 44 günlük Vətən müharibəsi və Cənubi Qafqazda yeni reallıqlar.
  2. Cənubi Qafqazda ictimai-siyasi proseslər.
  3. Böyük və qonşu dövlətlərin Cənubi Qafqaz siyasəti.
  4. Cənubi Qafqazda Şuşa şəhərinin yeri.

 

 

              Tezislərin hazırlanması qaydası:

 

  • Microsoft Word A4 ölçüdə 1 səhifə (300 söz), Times New Romanda, 12 şrift, 1 intervalla, soldan 20 mm, sağdan 20 mm, yuxarı və aşağıdan 25 mm, abzaslar 1.15 sm parametrlərinə uyğun yazılmalıdır;
  • Titul səhifədə sağda, yuxarıda 12 şriftlə, qara hərflərlə müəllifin adı, soyadı, elmi dərəcəsi, vəzifəsi, işlədiyi elmi müəssisənin adı, elektron poçt ünvanı (e-mail) və əlaqə nömrəsi yazılmalıdır;
  • Müəllifin ad və soyadından sonra səhifənin ortasında məruzənin adı 12 şriftlə, böyük qara hərflərlə yazılmalıdır.

 

 

Tezislərin son təqdimedilmə müddəti: 10 sentyabr. 

Konfransın Elmi Komitəsinin tezislər barəsində qərarı haqqında müəlliflərin məlumatlandırılması tarixi: 15 sentyabr.

Yalnız müsbət rəy alan tezislər qəbul və cap ediləcəkdir.

Konfransın keçiriləcəyi gün barədə əlavə məlumat veriləcəkdir.

 

E-mailqafqazkonfrans3@gmail.com           

 

Təşkilat komitəsi

 

Ünvan:  AMEA Qafqazşünaslıq İnstitutu. Bakı ş., H.Cavid pr. 117, IV mərtəbə, 448-ci otaq.

        Tel: +994 12 539 89 91.

 

                   

 

 

Əlavə məlumat üçün www.science.gov.az

http://www.caucasusstudies.az

Bölmələr: Xəbərlər / Elanlar

Rəy bildir