AMEA Qafqazşünaslıq İnstitutu “Qafqazda terror” mövzusunda Respublika elmi konfransı keçirir



AMEA Qafqazşünaslıq İnstitutu 

“Qafqazda terror” mövzusunda Respublika elmi konfransı keçirir

                                                             Bakı, 2019-cu il, 28 noyabr 


Konfransın bölmələri:

  • Cənubi Qafqazda terror
  • Şimali Qafqazda terror

      Tezislərin hazırlanması qaydası:

  • Microsoft Word A4 ölçüdə 1 səhifə (300 söz), Times New Romanda, 12 şrift, 1 intervalla, soldan 20 mm, sağdan 20 mm, yuxarı və aşağıdan 25 mm, abzaslar 1.15 sm. parametrlərinə uyğun yazılmalıdır;
  • Titul səhifədə yuxarıda sağda 12 şriftlə, qara hərflərlə müəllifin adı, soyadı, elmi dərəcəsi, vəzifəsi, işlədiyi elmi müəssisənin adı, elektron poçt ünvanı (e-mail) və əlaqə nömrəsi yazılmalıdır;
  • Müəllifin ad və soyadından sonra səhifənin ortasında məruzənin adı 12 şriftlə, böyük qara hərflərlə yazılmalıdır; 

       Tezislərin son təqdimedilmə müddəti: 25 oktyabr. 

E-mail: qafqazdaterror@gmail.com 

Konfransın Elmi Komitəsinin tezislər barəsində qərarı haqqında müəlliflərin məlumatlandırılması tarixi: 10 noyabr.

Konfransın bölmələrinə uyğun olmayan tezislər qəbul edilməyəcəkdir.


Təşkilat komitəsi


Ünvan:  AMEA Qafqazşünaslıq İnstitutu. Bakı ş., H.Cavid pr. 117, IV mərtəbə, 445-ci otaq

Tel: +994 12 539 89 55.


Əlavə məlumat üçün www.science.gov.az

                                                                                                                                    http://www.caucasusstudies.az 
Bölmələr: Xəbərlər / Konfranslar / Elanlar
Teqlər:

Rəy bildir