Menecer


  

Rüstəmov Mübariz Vəli oğlu, 17.07.1970-ci il tarixində Sumqayıt şəhərində doğulub. 1988-1994-cü illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda təhsil alıb. Maliyyə-kredit fakültəsini kredit iqtisadçı kimi bitirib. Əmək fəaliyyətinə 1987-ci ildə Keşlə Maşınqayırma Zavodunda anbardar kimi başlayıb. 1995-1997-ci illərdə Təmir Tikinti İdarələrində mühasib, baş mühasib işləyib. 1997-2010-cu illərdə Azəriqaz QSC-də və tabeçi təşkilatlarında müxtəlif vəzifələrdə (maliyyə məsələləri üzrə rəis, baş mühasib, şöbə müdiri) çalışıb. 2010-2011-ci ildə Azərsu QSC-də şöbə müdiri işləyib. 2019-cu ildən AMEA Qafqazşünaslıq İnstitutunda iqtisadçı, ümumi işlər üzrə direktor müavini vəzifəsini icra edib. Hal-hazırda menecer vəzifəsində çalışır.