Şöbə müdiri

      

Kəlbizadə Elnur Həşim oğlu - 15 avqust 1988-ci ildə anadan olmuşdur. 2005-2009-cu illərdə Lənkəran Dövlət Universitetində “Tarix və ictimaiyyat” ixtisası üzrə bakalavr təhsili alıb və universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2010-2012-ci illərdə Naxçıvan Dövlət Universitetində “Beynəlxalq əlaqələrin tarixi və nəzəriyyəsi" ixtisaslaşması üzrə magistr təhsili almışdır. 2012-ci ildə “Naxçıvan Azərbaycanın beynəlxalq münasibətlər sistemində (XX əsr)” mövzusunda dissertasiya müdafiə edərək magistr təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. 

2012-2016-cı illərdə AMEA Naxçıvan Bölməsində “Vətən tarixi” istiqaməti üzrə doktorantura təhsili almışdır. 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Multikulturalizm dövlət siyasəti kimi” mövzusunda ixtisasartırma kursu keçmişdir
2016-cı ildə “Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı)” mövzusunda tarix üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 1 mart 2021-ci il tarixli qərarı ilə dosent elmi almışdır.
AMEA Hüquq və İnsan Haqları İnstitutun siyasi  elmlər doktoru hazırlığı üzrə (İxtisas: Beynəlxalq münasibətlər) dissertantıdır. AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının elmi məsləhətçiliyi ilə doktorluq dissertasiyası üzərində işləyir. 
2006-2007-ci illərdə Lənkəran Televiziya Şirkətində “Xəbərlər” informasiya proqramının aparıcısı kimi çalışmışdır. 2008-2009-cu illərdə “Cənub” Regional Televiziya kanalında “Xəbər Xətti” informasiya proqramının aparıcısı, müxbiri və redaktor köməkçisi olmuşdur. 2010-2012-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində Xəbərlər redaksiyasında aparıcı, İctimai-siyasi verilişlər redaksiyasında redaktor işləmişdir. 2012-2014-cü illərdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsində elmi işçi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetinin mətbu orqanı olan “Şərq qapısı” qəzetinin Xəbərlər və İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı olmuşdur. 2014-2016-cı illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, 2016-2017-ci illərdə AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsində çalışmışdır. 

Hazırda AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri vəzifəsində çalışır. O, AMEA Qafqazşünaslıq İnstitutu Elmi Şurasının, AMEA-nın "Gənc tədqiqatçı" elmi jurnalının Redaksiya Şurasının üzvü, Avrasiya Sosial və Humanitar Elmlər Jurnalının (EUROASIA JOURNAL OF SOCIAL SCIENCES & HUMANITIES) rəyçisidir.
Elnur Kəlbizadə ölkədə 4 monoqrafiya, 4 elmi kitab, 10 tədris proqramı və 60 elmi məqalənin müəllifidir. Onun xarici ölkələrdə (Almaniya, Çili, Avstriya, Türkiyə, Rusiya, Bolqarıstan, Qazaxıstan, Polşa) 1 kitab və 30-dan artıq elmi məqaləsi çap olunmuşdur.

Kitab və moqorafiyaları :
1. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı). Naxçıvan: Əcəmi, 2016, 200 s.
2. Naxçıvanlı diplomatlar. Naxçıvan: Əcəmi, 2017 (akad. İ.Hacıyevlə birlikdə)
3. Из истории дипломатии. Saarbrücken:Lambert Academic Publishing, 2017, 72 c. (Almaniya)
4. Naxçıvan tarixinə dair qaynaqlar. Bakı: Elm və təhsil, 2018, 240 s.[5]
5. Gürcüstan:daxili ictimai-siyasi şərait. Bakı: Mütərcim, 2018, 168 s. (f.d. V.Ömərov və N.Mirzəyeva ilə birlikdə)
6. Ermənistan İran İslam Respublikasının Qafqaz siyasətində. Bakı:MTM İnnovation, 2019, 360 s. (Y.Baxşıyeva və Ə.Əzimovla birlikdə)
7. Gürcüstan:inzibati-ərazi quruluşu, idarəçiliyi və demoqrafiyası Bakı:MTM İnnovation, 2019, 320 s. (V.Ömərov və b. ilə birlikdə)
8. Ermənistan daxili sosial-iqtisadi şərait. Bakı:MTM İnnovation, 2019, 348 s. (Q.Hacıyev və b. ilə birlikdə)



Xarici ölkələrin nüfuzlu elmi jurnal və toplularında nəşr edilmiş bəzi məqalə və tezisləri:

  1. Geopolitical and regional analysis of the Armenia-Iran relations in 1998-2008 // Revista inclusions, 2020, Vol. 7, Número especial – Julio/septiembre. pp. 424-439. (Çili).
  2. Динамика развития армяно-иранских отношений в постсоветский период // История, археология и этнография Кавказа. 2019, Т. 15. № 4, с. 639-651. (Rusiya).
  3. Armenian policy of the Islamic Republic of Iran after 1991: geopolitical conditions and realities // Austrian Journal of Humanities and Social Sciences (Avstriya). No.5–6. pp. 3–10. (Avstriya).
  4. Robert Koçaryanꞌın Cumhubaşkanlığı döneminde Ermenistan-İran ilişkileri //  “Ermeni Araştırmaları” dergisi. 2019,  62. Sayı,  s. 73-94. (Türkiyə)
  5. Siyasal İndikatörlerin Ermenistan-İran İlişkileri Örneğinde Uygulanması // Avrasya İncelemeleri Dergisi - Journal of Eurasian Inquiries. 2020,  Cild 9, Sayı 2, ss. 247-257. (Türkiyə).
  6. Kafkasyanın güvenliği ve Kafkas İslam Ordusu / Uluslararası Güvenlik Kongresi (Kuram, yöntem, uygulama) Tam metin Bildiri kitabı. Ankara, 19-20 eylül 2019. s. 63-75. (Türkiyə)
  7. 2018 devrimi sonrası Ermenistan-İran ilişkilerinin analizi // TÜDEV “Denge” dergisi. 2019,  № 7,   s. 171 – 19. (Türkiyə)
  8. Планы возможного использования национальных конфликтов на Южном Кавказе и позиция государств, имеющих интересы в регионе // V Научная конференция студентов, аспирантов и молодых ученых «Антикризисное регуирование в современных условиях», Москва: МГУ, 2011. (Rusiya).
  9. Место Нахчывана в азербайджано-польских экономических и гуманитарных связях / Российское предпринимательство: история развития, опыт и место в политико-экономическом дискурсе (на примере развития предпринима-тельства в России и Северокавказском регионе). Материалы Всероссий-ской научной конференции. Карачаевск. 6–7 июля 2020 г., c. 127-132. (Rusiya).
  10. New Caucasian policy of the Islamic Republic of Iran and Armenia after 1991 /Збрнiк центру наукових публикаций «Велес» за материалами V мiжнародноi   науково-практичноi  конференцii «Веснянi науковi читання. Кiив, 2020, Ч. 2, С. 39-50. (Ukrayna).
  11. Какво се случи на 31 март 1918 г. в Азербайджан? Събитията и техните последици // Bolqarıstan Ali Təhlükəsizlik və İqtisadiyyat İnstitutunun Qara dəniz və Xəzər bölgəsi problemləri laboratoriyasının elektron dərgisi. 2020. (Bolqarıstan).
  12. Basra (Fars) körfezinꞌde ticaret rekabeti ve Osmanlı devleti / Uluslararası XI Türk Deniz Ticareti Tarihi Sempozyumu özet kitapçığı.  29-30 Nisan 2019. s. 15-16. (Türkiyə).
  13. Представитель Кавказа НА III Конгрессе Коминтерна Ибрагим Абилов и его дипломатическая деятельность / Сборник мате-риалов Девятой международной конференции молодых ученых и специалистов CLİO-2019. 2019, s. 206-209.
  14. Dijital dünya ve tarihi araştırmaların geleceği / V. İnternational Symposium on History Education, İstanbul Üniversitesi, 10-12 mayıs 2018. s. 97-98. (Türkiyə).
  15. Административно-территориальное деление Нахчывана в 20-ые гг. ХХ века (историко-географическое исследование) // Сб. материалов седьмой меж-дународной конф. «Истори-ческие документы и актуалные проблемы археографии, архивоведения и источнико-ведения...», CLİO.  2017, s. 184-185. (Rusiya)
  16. Tarihi-Kızılbaşan’da zikredilen kızılbaş aşiretlerinin tarihi-coğrafi yerleşmesi    / Türkiyede aşiret gerçeği sempoz-yumu tebliğ özetleri. Van/Türkiye,  4-6 mayıs 2017, s. 20,83. (Türkiyə)
  17. Административно-территори-альное деление Нахчывана в 20-ые гг. ХХ века (историко-географическое исследование)  / Сборник материалов седьмой международной конференции молодых ученых и специалистов «Исторические документы и актуальные проблемы археографии, архивоведения и источнико-ведения, российской и всеобщей истории нового и новейшего времени» – «КЛИО-2017», Москва, 2017, s. 184-185. (Rusiya).
  18. Kurani-Kerimdeki “Eshab-ir-Ress” ve Nahçivan  / Hoca Ahmet Yesevi yılı anısına Uluslar-arası Türk dünyası eğitim bilimleri ve sosyal bilimler Kongresi Bildirileri. 1-4 aralık 2016,   V cilt, s. 41-46. (Türkiyə).
  19. The population of cities and some issues during the reign of the Hulaki (mongols) // “Вестник” КазНУ им. аль-Фараби. Серия историческая. 2016,  №3(82), s. 252-257.  (Qazaxıstan).
  20. Türkiye-Azerbaycan ilişkilerinde Aliyev vizyonu // Ekoavrasya Dergisi, №25, Ankara, 2014,  s. 62-64. (Türkiyə).
  21. О четырёх крепостях Нахчыва-на, упоминаемых в произведе-нии историка XIV века Гамдуллаха Kазвини / Материалы V Международной научной конференции «Полилингвальное образо-вание как основа сохранения языкового наследия и културного разнообразия человечества», Владикавказ,  2014, s. 100-104. (Rusiya).
  22. Аббас-кули-хан хан Эриванский и его родословная // Геналогия народов Кавказа. Традиции и современность. Выпуск IV, Владикавказ. 2014, c. 129-134. (Rusiya).
  23. О картине, где описана доблесть Гусейин хана Нахичеванского / Материалы V Международной научной конференции «Полилин-гвальное образование как основа сохранения языкового наследия и културного разнообразия челове-чества», Владикавказ,  2014, с. 195-197. (Rusiya).
  24. О четырёх крепостях Нахчы-вана, упоминаемых в произве-дении историка XIV века Гамдуллаха Kазвини // “Научное мнение”. Санкт-Петербургь,  2014, с.42-47. (Rusiya).
  25. Azerbaycan Atabeyler devleti döneminde Nahçivan diyarı şehirleri ve kalelerinin tarihi-coğrafyası / / II Uluslararası Ahlat-Avrasya Bilim, Kültür ve Sanat Sempozyumu Bildiri Kitabı, Ahlat-Bitlis, 25-27 eylül 2013. s. 308-315. (Türkiyə).
  26. XX əsrin son onilliyində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında əlaqələrin inkişaf tarixindən / Tarix və onun problemləri, xüsusi buraxılış, №2, Bakı, 2012, s. 331-336. 
  27.  Cənubi Qafqazda milli münaqişələrdən mümkün istifadə planları və regionda marağı olan dövlətlərin mövqeyi/ AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalı, cild 9, №1, Naxçıvan, 2013, s. 48-56. 
  28.  “Kitabi-Dədə Qorqud” dastanının Türkmənsəhra nüsxəsi Qafqazın tarixi-coğrafiyasına dair mənbə kimi / Beynəlxalq Bakı Elmi Tədqiqatlar Konfransı. 21-22 avqust 2020. s. 118-136.
  29. Elmi tədqiqatlarda dövlətlərarası münasibətlərin dinamikasını müəyyənləşdirən indikatorların tətbiqi  (Ermənistan Respublikası-İran İslam Respublikası münasibətləri nümunəsində) / Bakı Mühəndislik Universitetinin keçirdiyi Gənc Tədqiqatçıların IV Beynəlxalq Konfransının materialları. 2020, s. 959-964. 
  30. Politoloji araşdırmalarda dövlətlərarası münasibətlərin dinamikasını müəyyənləşdirən indikatorların tətbiqi (Ermənistan-İran münasibətləri nümunəsində) (türk dilində) / Türkiyənin İKSAD Təşkilatı və Bakı Avrasiya Universitetinin birgə təşkilatçılığı ilə keçirilən Avrasiya zirvəsi 6-cı Elmi Araşdırmalar və Aktual Problemlər Konfransı. 18-20 May, 2020, Cild 2, s. 416-421. 
  31.  Gürcüstanın inzibati ərazi-quruluşunda hüquqi və faktiki dəyişikliklər və ermənilərin “Kripto-Miatsum siyasəti” // AMEA-nın “Gənc tədqiqatçı” jurnalı. 2019, №2, V cild, s.234-251. 
  32.  İran İslam Respublikasının kütləvi informasiya vasitələrində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi // AMEA-nın “Sosial elmlər” jurnalı., 2019, № 2, s. 102-109.
  33.  Qloballaşma kontekstində Ermənistan-İran münasibətləri  / Mingəçevir Dövlət Universitetində keçirilən “Şəxsiyyət, cəmiyyət, dövlət: qarşılıqlı münasibətlərə müasir yanaşmalar” mövzusunda respublika elmi konfransının materialları. 6-7 dekabr, 2019.s. 155-158. 
  34. İran İslam Respublikası və erməni terror təşkilatları / Qafqazda terror respublika elmi konfransının tezisləri. 28 noyabr 2019. s. 54-56. 
  35. Дипломатические представители Нахчыванской АССР в Иране / “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” Beynəlxalq elmi-praktik konfransın materialları. 22 noyabr 2019,  s.250-251. 
  36. Ermənistan-İran münasibətlərinin ikili təbiəti və proqnozlaşdırılan perspektivləri / “Beynəlxalq münasibətlərin aktual problem-ləri” adlı Respublika Elmi Konfransının məruzələrinin tezisləri. 25 oktyabr 2019. s.125-128.
  37.  Azərbaycanın Naxçıvan MR-sı ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında əlaqələrin inkişafı: tarix, müasir dövr və perspektivlər /  “Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr” mövzu-sunda beynəlxalq elmi konfransın elmi məruzələri. 2019, 2-ci kitab, s. 110-116.  
  38. Qafqazda geosiyasi təlatümlər dövründə Ermənistan-İran mü-nasibətləri (2008-2018-ci illər)  / VI Beynəlxalq Türk Dünyası araşdırmaları Simpoziumunun materialları.  13-15 iyun 2019. cild 2. s. 93-99.  
  39. İranda ermənidilli kütləvi informasiya vasitələri və onların anti-türk təbliğatı /Azərbaycan Universitetində keçirilən Gənc tədqiqatçıların II Respublika elmi konfransının materialları. 15 mart 2019, s. 212-214.
  40.  XX əsrin 20-ci illərində Naxçıvan MSSR (Azərbaycan) və Ermənistan SSR arasında mübahisəli ərazilər məsələsi və problemin “həlli” / Qafqazşünaslar-ın I Beynəlxalq Forumu. 17-18 aprel 2017, Cild 2. s.   129-134.  
  41. Fransız səyyahı Jan Batist Tavernyenin səyahətnamələrində Naxçıvanın tarixi coğrafiyası haqqında // “Gənc-tədqiqatçı” elmi-praktik jurnalı.  2018,  IV cild. №1,  s. 268-273. 
  42.  XX əsrin 20-ci illərində Naxçıvan diyarının inzibati-ərazi quruluşu (tarixi coğrafi araşdırma) // AMEA Naxçıvan Bölməsi “Xəbərlər”i. İHES, 2017,  № 1,  s. 160-172. 


Əlaqə: caucasuspolicy@caucasusstudies.az
         kelbizadeh@gmail.com
Bölmələr: Qafqaz siyasəti

Rəy bildir