Baş mütəxəssis
Qurbanova Günel Mənsim qızı Naxçıvan şəhərində anadan olmuşdur. 2014-cü ildə Nərimanov adına 36 saylı orta məktəbi bitirmişdir. 2018-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Regionşünaslıq (Qafqaz üzrə) ixtisasının bakalavr pilləsini, 2020-ci ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 10 sentyabr 2018-ci ildən 10 sentyabr 2020-ci ilədək AMEA Qafqazşünaslıq İnstitutunun Tərcümə, nəşr və informasiya şöbəsində baş mütəxəssis vəzifəsində işləmişdir. 10 sentyabr 2020-ci ildən Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsində baş mütəxəssis vəzifəsində işləyir.