Şöbə müdiri

 

 

  

Hacıyev Qasım Əhəd oğlu 1950-ci ildə Bərdə rayonunun Hacallı kəndində anadan olmuşdur. 1970-1974-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Tarix fakültəsini (əyani) bitirmişdir. 1974-ü ildən 1983-cü ilədək Bərdə rayonunun Hacallı kənd məktəbində tarix müəllimi, təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişdir. 1983-cü ildə Bakı şəhərinə köçmüş, 1984-cü ildə Azərbaycan Elmlər Akademiyasının Tarix İnsititunun aspiranturasına (əyani) qəbul olunmuş və 1987-ci ildə onu bitirmişdir.  1987-ci ildən 1990-cı ilədək Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya sektorunda baş laborant, kiçik elmi işçi, vəzifəsində çalışmışdır. 1990-cı ildə Kemerovo Dövlət Universitetinin İxtisaslaşdırılmış Müdafiə Şurasında namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır.

  1990-1997-ci illərdə Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya sektorunda elmi işçi, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 1997-ci ildən 2003-cü ilədək AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda aparıcı elmi işçi, şöbə müdirinin müavini vəzifəsində işləmişdir. 2006-cı ildə AMEA Tarix İnstitutunun Müdafiə Şurasında “Bərdə şəhərinin tarixi (b.e.ə. III əsr – b.e. XVIII əsri)” adlı dissetasiya müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi almışdır. 2003-2017 illərdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Qarabağ tarixi” şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2018-ci ilin yanvar ayından AMEA Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinə şöbə müdiri vəzifəsinə təyin edilmişdir.

  5 monoqrafiya, 4 kitab, 1 dərs vəsaiti, 1 tədris proqramı və 110-dan artıq elmi məqalə müəllifidir. Müxtəlif ölkələrin şəhərlərində - Dərbənd, Tbilisi, Moskva, Sankt-Peterburq, Novosibirsk, Kemerovo, Saxalin, Ankara, Van, Ərzurum, Tehran, Təbriz, Hələb, və s. keçirilən elmi konfranslarda və elmi tədqiqatlarda iştirak etmişdir. 1992-ci ildən Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində Azərbaycan tarixi, Beynəlxalq münasibətlər tarixi, Türk xalqlarının tarixi, Qafqaz xalqlarının tarixi fənlərindən mühazirələr oxumuşdur və oxuyur.





Bölmələr: Ermənişünaslıq

Rəy bildir