Qafqazşünasların III Beynəlxalq Forumu

AZƏRBAYCAN MİLLİ ELMLƏR

AKADEMİYASI

 


QAFQAZŞÜNASLIQ İNSTİTUTU

 

Qafqazşünasların III Beynəlxalq Forumu

iyun 2022-ci il

            Forumun bölmələri:

  1. Vətən müharibəsi və Qafqazda yeni reallıqlar;
  2. Qafqaz regionunda ictimai-siyasi proseslər;
  3. Qafqazda münaqişələr;
  4. Böyük və qonşu dövlətlərin Qafqaz siyasəti;
  5. Qafqaz dövlətləri çoxtərəfli əməkdaşlıq sistemində;
  6. Qafqazda sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı əlaqəsi;

 

Məruzə mətnlərinin hazırlanması və göndərilməsi:

 

  • Microsoft Word A4 ölçüdə 5-7 səhifə həcmində, Times New Romanda, 12 şrift, 1 intervalla, soldan 20 mm, sağdan 20 mm, yuxarı və aşağıdan 25 mm, abzaslar 1.15 sm. parametrlərinə uyğun yazılmalıdır;
  • Titul səhifədə yuxarıda sağda 12 şriftlə, qara hərflərlə müəllifin adı, soyadı, elmi dərəcəsi, vəzifəsi, işlədiyi elmi müəssisənin adı, elektron poçt ünvanı (e-mail) və əlaqə nömrəsi yazılmalıdır;
  • Müəllifin ad və soyadından sonra səhifənin ortasında məruzənin adı 12 şriftlə, böyük qara hərflərlə yazılmalıdır; 
  • Azərbaycan, ingilis və rus dillərində açar sözlər (maksimim 5 söz) verilməlidir;
  • Məruzənin sonunda Azərbaycan, ingilis və ya rus dillərində qısa xülasə verilməli, xülasədə məruzənin adı da qeyd edilməlidir;
  • Müəllifin istifadə etdiyi mənbələr “İstifadə edilən ədəbiyyat siyahısı” başlığı altında əlifba sırası ilə verilməli və mətndə ona uyğun kodlaşdırma aparılmalıdır.
  • Rəsmlər, tablolar və qrafiklər ayrı-ayrı nömrələnməli və altında qısa izahat verilməlidir.  PowerPoint-dan istifadə edənlərdən əvvəlcədən məlumat vermələri xahiş olunur; 

Məruzələrin son təqdimetmə müddəti 10 aprel tarixinə qədərdir.

Forumun bölmələrinə aid olmayan və lazımi qaydada tərtib edilməyən məruzələr baxılmadan geri qaytarılacaqdır. 

Forum AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirləcəkdir.

Forumun dəqiq tarixi haqqında əlavə məlumat veriləcəkdir.

Təşkilat komitəsi:   AMEA Qafqazşünaslıq İnstitutu. Bakı ş., H.Cavid pr. 117, IV mərtəbə, 448-ci otaq

Tel: +994 12 539 89 91. E-mail: csforum2022@gmail.com

 

Əlavə məlumat üçün www.caucasusstudies.az

 

Bölmələr: Elanlar

Rəy bildir