Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr edilmiş dəyirmi masa

 

Qafqazşünaslıq İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr edilmiş dəyirmi masa keçirilmişdir

  Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş dəyirmi masa keçirilmişdir. Toplantını giriş sözü ilə açan İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Azərbaycan xalqının yaddaşında və dövlətçilik tarixində əvəzolunmaz dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövlətinin xarici siyasət strategiyasının müəyyənləşdirilməsi və həyata keçirilməsindəki tarixi xidmətlərindən danışmışdır. O, vurğulamışdır ki, Ulu Öndərin müəyyənləşdirdiyi strateji xətti müasir reallıqlara uyğun olaraq həyata keçirən Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində  Azərbaycan Respublikası Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir və region iqtisadiyyatının 75%-i məhz ölkəmizin payına düşür.

Toplantıda İnstitutun Qafqaz siyasəti şöbəsinin müdiri, t.ü.f.d. Ramilə Dadaşova, Ermənişünaslıq şöbəsinin müdiri, t.ü.f.d. Ziyad Əmrahov və digərləri çıxış edərək Ulu Öndərin Qafqaz siyasətinin mahiyyəti, məqsəd və vəzifələrindən danışmışlar.

Bölmələr: Dəyirmi masalar
Teqlər:

Rəy bildir