Qafqazşünaslıq İnstitutunda dövlət müstəqilliyinin bərpa edilməsinin 25 illiyinə həsr edilmiş dəyirmi masa keçirilib

Qafqazşünaslıq İnstitutunda dövlət müstəqilliyinin bərpa edilməsinin 25 illiyinə həsr edilmiş dəyirmi masa keçirilib

 

 

  Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunda Azərbaycan Respublikasının  dövlət müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümünə həsr edilmiş dəyirmi masa keçirilib. Toplantını giriş sözü ilə açan İnstitutun direktoru, tarix elmləri doktoru, professor, millət vəkili Musa Qasımlı Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin böyük bir tarixi hadisə olduğunu vurğulayıb. Bu tarixin qeyd edilməsinə dair cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamın əhəmiyyətindən danışıb. M.Qasımlı keçən 25 il ərzində dövlətimizin qazandığı uğurlara toxunaraq, Ulu Öndər Heydər Əliyevin fəaliyyətindən söz açıb və cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin mahiyyətini izah edib. Bildirib ki, Azərbaycan, hazırda öz inkişaf səviyyəsinə görə güclü dövlətdir, Cənubi Qafqaz iqtisadiyyatının 75%-i onun payına düşür.

 Toplantıda İnstitutun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Rahil Nəcəfov, Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ramilə Dadaşova, Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahov və digərləri çıxış edərək müstəqillik illərində qazanılan uğurlardan danışıblar.

Bölmələr: Xəbərlər / Dəyirmi masalar

Rəy bildir