Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım toplantısı

Qafqazşünaslıq İnstitutunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım toplantısı keçirilmişdir. Toplantını İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açmışdır. İlk öncə Xocalıda soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Xocalı həqiqətlərindən danışan Musa Qasımlı bu hadisəyə hüquqi-siyasi qiymətin verilməsində Ümumilli Lider Heydər Əliyevin rolunu, dünyada tanıdılmasında isə cənab Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun birinci vitse prezidenti Leyla xanım Əliyevanın xidmətlərini vurğulamışdır. Sonra, İnstitutun elmi işlər üzrə direktor müavini, t.ü.f.d., dosent Ramilə Dadaşova, Ermənişünaslıq şöbəsinin müdiri t.e.d. Qasım Hacıyev, Gürcüstanşünaslıq şöbəsinin müdiri f.ü.f.d., dosent Vahid Ömərov, Qafqaz siyasəti şöbəsinin müdiri t.ü.f.d. Elnur Kəlbizadə və digər əməkdaşlar  Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün gedişində törədilmiş Xocalı soyqırımının təfərrüatlarından, baş verdiyi şəraitdən və fəsadlarından danışmışlar.


Bölmələr: Xəbərlər / Dəyirmi masalar

Rəy bildir