İnstitutda növbəti elmi seminar keçirilmişdir

Fevralın 14-də Qafqazşünaslıq İnstitutunda növbəti elmi seminar keçirilmişdir. Seminar 2019-cu il 13-15 noyabr tarixlərində Rusiya Elmlər Akademiyasının Cənub Elm Mərkəzi tərəfindən Rostovda keçirilmiş “Qafqazşünas tarixçilərin VI beynəlxalq forumunun materialları”(Rostov Don: REA CEM- 2019.) məcmuəsi müzakirə edilmişdir. Seminarı giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı çıxış etmişdir. O, forum materiallarında çap olunan məqalələrin məzmununu əməkdaşların nəzərinə çatdırmışdır. Sonra institutun elmi işlər üzrə direktor müavini, t.ü.f.d., dosent Ramilə Dadaşova Qafqazşünaslıq İnstitutunun əməkdaşlarının forum materiallarında dərc olunan məqalələrində xəbərdarlıq etmədən dəyişiklərin aparılmasını müəllif hüquqlarının kobud şəkildə pozulması olduğunu bildirmişdir. Həmçinin o, erməni müəlliflərin məqalələrindəki saxtakarlıqları faktlarla sadalamışdır. İnstitut əməkdaşlarından Ermənişünaslıq şöbəsinin müdiri t.e.d. Qasım Hacıyev, Gürcüstanşünaslıq şöbəsinin müdiri f.ü.f.d., dosent Vahid Ömərov, Qafqaz siyasəti şöbəsinin müdiri t.ü.f.d. Elnur Kəlbizadə çıxış etmişlər. Məcmuəyə dair qeydləri məqalə formasında dərc etmək barədə razılığa gəlinmişdir.

Bölmələr: Xəbərlər / Elmi seminarlar

Rəy bildir